AİLE

Hansı işlərdə çalışan kişilərdə cinsi zəiflik qaçılmazdır? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 2. 363

Kişilərdə cinsi zəiflik, prostat vəzisi səbəbindən erkən boşalma kimi xəstəliklər bu gün dünyada çox yayılan xəstəliklər sırasındadır. Sadəcə, Avropa ölkələri ilə bizim fərqimiz odur ki, onlarda bu məsələ gizlədilmir. Yəqin ki, hər kəs üçün maraqlıdır, cinsi zəiflik xəstəlikləri, prostat vəzisinin sıradan çıxması daha çox hansı peşə və sənət adamlarında müşahidə olunur?

Cinsi zəiflik daha çox oturaq peşə və sənət adamlarında yaranır…

Sekspotoloq Orxan Ağabəyov hesab edir ki, oturaq peşə adamlarında prostat vəzisini iltihabı halları daha çox olur:

“İlk növbədə oturaq işlərdə çalışan kişilərdə daha çox cinsi zəiflik, prostat tipli xəstəliklər olur. Buraya ofis, bank işçilərini, sürücüləri, dövlət qulluqçularını, gündəlik kompüter arxasında oturaq işlərdə işləyənləri aiddir. Bu peşə, sənət adamları cinsi xəstəliklərdən daha çox əziyyət çəkir. Oturaq həyat sürən peşə adamlarında daha çox prostat vəzisinin iltihabı formasında xəstəliklər yaranır. İltihab nəticəsində həm sidiyə getmədə ciddi fəasadlar olur və həm də cinsi zəiflik yaranır. İltihabdan sonra erkən boşalma faktoru meydana çıxır. Oturaq həyat şəraitində çalışan peşə adamlarında kiçik çanaqda qan dövranı zəifləyir. Nəticədə isə cinsiyyət sisteminə normal şəkildə qan və onunla birlikdə həkk olunmuş oksigen getmədiyinə görə, cinsiyyət əzələlərində qan və oksigen çatışmır və ciddi cinsi zəiflik yaranır”.

Ağır fiziki iş və açıq soyuq havada çalışanlarda cinsi zəiflik daha tez yaşlarında baş verir…

Həkim bildirib ki, ağır işlər və soyuq hava şəraiti, soyuq su ilə işləyən kişilərdə yaranmış cinsi zəiflik hətta sonsuzluğa aparıb çxaırır:

“Cinsi zəiflikdən əziyyət çəkən peşə və sənət adamlarının sırasında ikinci yerdə isə açıq və soyuq hava şəraitində, ağır fiziki işlərdə çalışan şəxslər gəlir. Ağır fiziki işlərdə çalışanlarda xroniki yorğunluq nəticəsində cinsiyyət sistemi zəifləyir. Ağır fiziki əməklə məşğul olanlarda əmələ gələn yırtıq və travma nəticəsində cinsi zəiflik və sonsuzluq yaranır. Fiziki zədə nəticəsində spermanın keyfiyyəti zəifləyir və cinsi aktivlik mənfiyə doğru gedir Ağır çəkili daşlarla məşq edən və zaman getdikcə məşqçi məsləhəti olmadan çəkini artıran peşəkar idmançı və adi həvəskar idmançılarda da alınan zədə, travma nəticəsində cinsi zəiflik, prostat vəzinin zədələnməsi yaranır. Tikintidə açıq və soyuq hava şəraitində işləyən fəhlələr, ustalar və digər bu tipli peşə adamları prostat vəzi xəstəlikləri də yaranır. Soyuq, şaxtalı hava nəticəsində prostat vəzində iltihabı şişlərin əmələ.

Ağır fiziki iş və ağır çəkili yüklərin həddən artıq çox qaldırılması, cinsiyyət orqanındakı xayalıqlara ciddi zədə vurur. Həmini zədə və travma, ağır yüklərin qaldırıması cinsiyyət sisteminə aid olan bel və cinsiyyət orqanı ətrafındakı yan əzələləri ciddi zədələyir. Bu da nəticədə erkən boşalmaya və ciddi prostat şişləri xəstəliklərinə səbəb olur”.

Əsəb, gərginlik, stress şəraitində çalışan kişilərdə də cinsi zəiflik daha çox yayılıb…

Sekspotoloq vurğulayıb ki, hətta gərgin stress şəraitində çalışan kişilər də cinsi zəiflikdən əziyyət çəkir:

“Cinsi zəiflik xəstəliklərindən əziyyət çəkən sənət və peşə adamları arasında üçüncü yerdə əsəb, stress, gərginlik şəraitində çalışan peşə adamları durur. Məsələn, hərbiçilərdə, polis və xüsusi xidmət orqanları işçilərində, ağır əsəb və stress tələb edən xüsusi dövlət qulluğu orqanlarında çalışanlarda daha çox müşahidə olunur. Yüksək akustik səs effekti şəraitində işləyən şəxslərdə əsəb və stress pozğunluğu nəticəsində cinsi zəiflik yarana bilir”.

Daha erkən yaşlarında qadınların içində çalışan kişilərdə də cinsi zəiflik ola bilir…

Orxan Ağabəyov bildirib ki, oğlanların 20 yaşına qədər daimi olaraq gündəlik qadınların olduğu mühitdə işləməkləri məsləhət deyil: “Dördüncü halda isə ətrafında daha çox qadın və qızların olduğu mühitdə çalışan kişilərdə cinsi zəiflik müşahidə oluna bilər. Amma bu ehtimal o qədər də çox deyil. Çünki 18 yaşına qədər normal ortamda, kişilər arasında böyüyən bir kişi cinsi şəxsin daha sonradan yəni 20 yaşdan sonra qadın mühitində çalışması onlarda sadəcə olaraq qadınlara aid olan oriyentasiyalar yarada bilər. Amma 18 yaşından əvvəl qadınlar arasında daima olan kişi cinsi şəxslərdə cinsi zəi9fliyin olması ehtimalı var”.

Ayaqüstü işlərdə çalışan və gündəlik küçə yeməkləri qəbul etmək kişilərdə cinsi zəifliyə aparır…

Müsahibimiz deyir ki, əldə hazırlanan “Fast Food” yeməklərin tərkibində maddələr kişilərdə spermanın tərkibini zəiflədir: “Beşinci isə daha çox “Fast Food” restoranlarında çalışan və gündəlik bu yeməklərindən qəbul edən kişilərdə də cinsi zəiflik yaranır.

“Fast Food” qidalarında xüsusi maddələr var ki, onlar birbaşa olaraq kişi cinsi hormonu olan spermanın tərkibini zəiflədir və şirə ifrazını zamanla azaldır. Ayaq üstü peşələrdə çalışan və gündəlik olaraq daha çox qazlı su, şirniyyat qəbul edən kişilərdə də eyni formada ada cinsi zəiflik və sperma şirəsinin azalması baş verir”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir