qadin

Azərbaycanda ərlərini döyən arvadlar var – RƏSMİ STATİSTİKA

Baxış sayı: 1. 641

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı, kişilər də müraciət edir.

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müraciət daxil olub: “2014-cü ildə isə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbələrə görə olur. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

Onun sözlərinə görə, son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı daxil olan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib: “Mərkəzlərimizin əməkdaşları mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparıb, fərdi qovluqları açıb, ailələr haqqında məlumat toplayaraq nəzarətə götürüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda “Zorakılığa yox deyək”, “Erkən yaşda evlilik cinayətdir”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “İnsan alverinin qurbanına çevrilməyək” və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir