aile

Ailə həyatında problem olanlar bu suallara cavab axtarsın

Baxış sayı: 2. 610

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın.

Evlilik üçün lazım olanlar
Bir çox evlilik mütəxəssisi evli cütlərin bu sualları cavablamalarının lazım olduğunu söyləyir:

  • Bir probleminiz var? Problemin xüsusiyyətlərini təyin edə bilərsinizmi?
  • Problemlərə hər ikiniz də ciddi bir şəkildə əyilmək istəyirsinizmi? Hər ikiniz də ortada problem olduğuna inanırsınızmı? Deyilsə, bu şərtlərdə əlaqənizi davam etdirmənizə səbəb olan müsbətləri və mənfiləri müəyyən edə bilərsinizmi?
  • Problemlərinizdə hirs necə rol oynayır? İkinizdən biriniz hirsi daha az ifadə etməyə iş, ətrafdakılar hirsdən danışdığında əsəbiləşmə, hirslənmə səbəbiylə özünü günahkar hiss etmə nöqtəsinə gəldisə, müalicə variantlarını daha diqqətli nəzərdən keçirməniz lazımdır.
  • «Bir kinoya ya da teatra gedəkmi?» demək əvəzinə 2 nəfərlik bilet alın. Ona «Sürpriz, sabah axşam kinoya gedirik» dediyiniz zaman sizinlə gələcəkdir.
  • Rəqs ya da fərqli bir sahənin kursuna gedin. Bərabər izah edəcəyiniz şeylər ola bilər. Danışma tərzinizi dəyişdirin. Məsələn, “Çox dağınıqsan” demək yerinə «Bu otaqda özümü yaxşı hiss etmirəm» deyə bilərsiniz.
  • Laqeyd yanaşdığınız bədəniniz üçün bir şeylər edin… Məsələn, məşq…
  • Ondan istədiyiniz şeyi almağı bilin. Sarılmasını istəyirsinizsə, «Mənə sarıl» deyin.
  • Mübahisələr bəzən əlaqəni canlandıra bilər.
  • Çəkinmədən, yataq otağında yoldaşınızı canlandıracaq fantaziyalar xəyal edin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir