bosanma

Boşanmamaq üçün 15 məsləhət

Baxış sayı: 1. 863

Ailə həyatı sevgi əsasında qurulur. Sevgi – diqqət, qayğı, təmkin, hörmət və sədaqətin vəhdətidir. Sevgi – bağışlayaraq, yenidən həyata sevinmək qabiliyyətidir. Möhkəm ailənin yaradılması – böyük əmək və səbr tələb edir. Vaxt keçdikcə soyumağa başlayan hisslər bir çox münaqişəyə səbəb ola bilər, odur ki sevgini daim bəsləmək lazımdır.

Ailə münasibətlərində ən geniş yayılmış səhvlərə nəzər salaq ki, onları öz ailəmizdə təkrar etməyək:

1.Kənar adamların – qohumlarınızın, dostlarınızn və ya uşaqlarınızın yanında mübahisə etməyin. Bununla Siz qəzəb, kin və soyuqluqdan başqa heç nə əldə etməyəcəksiniz.

2. “Bütün kişilər…”, “Həmişə sən belə edirsən….” və bu kimi digər tələsik ümumiləşdirmələr etməyin. İnsanı deyil, onun etdsiyi hərəkəti qınayın.

3.Mübahisəyə qohumlarınızı qatmayın. Siz ayrıca bir ailə qurmusunuz və onun daxilində baş çıxartmağa çalışın. “Sən belə, anan belə…” kimi iradlar Sizin ananıza qarşı da iradların başlayacağını təmin edəcək. Nəticə – hirs, kin, və qəzəb.

4.Keçmiş incikliklərinizi yada salmayın. Hamının səhvləri olur, və əgər Siz artıq bunu nə vaxtsa bağışlamısınızsa, keçmiş haqda fikirlərin Sizi və həyat yoldaşınızı narahat etməsinə imkan verməyin.

5.Qadınların və kişilərin ənm ağrılı nöqtələrini unutmayın: qadınlarda bu, xarici görünüşdü, kişilərdə isə – ləyaqət və işgüzar keyfiyyətlərdir. Xanımlar hər zaman həyat yoldaşlarının müvəffəqiyyətlərini yaxşı cəhətlərini tərifləməlidir. Kişilər heç vaxt öz həyat yoldaşlarının yanında başqa xanımların gözəlliyi haqda danışmamalıdır.

6.Boşanma ilə təhdid etməyin. Əgər boşanmaq fikriniz yoxdursa, “boşanma” sözü ilə oynamayın – bunu eşidən həyat yoldaşınız “Düz deyirsən, bəlkə də boşanmaq ən yaxşı çıxış yoludur” – deyə bilər.

7.Bir-birinizi dəyişdirməyə çalışmayın. Hər kəsin öz maraqları, öz dost-tanışları ola bilər.

8.Partnyorunuzla manipulyasiya etmək, ona təzyiq göstərmək, üstünə qışqırmaq təşəbbüsü fəsadsız keçmir, etibarı məhv edir və qıcıqlandırır.

9.Fasiləsiz deyinmə acıq hissi və etiraz yaradır.

10.“Tənbəl”, “ağılsız”, və s. kimi mənfi fikirlər həyat yoldaşınızın narazılığına və incikliyinə səbəb olur. İnsanın qüsurlarının mütəmmadi olaraq üzünə vurulması ancaq onun bu xüsusiyyətlərinin güclənməsinə gətirib çıxarır.

11.Ailə münasibətlərinin pisləşməsi ailədə krizis vəziyyəti ilə bağlı ola bilər. İlk krizis ailə həyatının 3-cü – 7-ci illəri arasında baş verir və bir ilə qədər davam edir. Bu kritik vəziyyətin yaranmasına səbəb – romantik əhval-ruhiyyənin itməsi, kompromisə getmək istəyin olmaması, sözsüz etiraz, qınaqlar, və bu kimi digər mənfi hallardır. Krizis dövründə ərlə arvad gərək bir-birini rahat buraxsınlar, öz işləri ilə, karyera ilə məşğul olsunlar. Müvəqqəti uzaqlaşma partnyorunuzun Sizin üçün nə qədər dəyərli olduğunu öyrədəcək və Siz birgə həyatınızın yeni mərhələsinə qədəm qoyacaqsınız.

İkinci krizis dövrü birgə həyatın 17-ci-25-ci illəri arasında baş verir. Bu dövrdə diqqətinizi qocalıqla bağlı problemlərdən yayındırmalısınız – özünüzü kollektiv əyləncələrə həsr edin: teatra, konsertlərə gedin, dostlarınızla görüşün, təbiətin qoynuna səyahətlər edin.

12.Tənqidlə ehtiyyatlı olun. Tənqidin iki ucu var – onlardan biri özünüzə dəyə bilər. Əgər xanım ərinə üzünü saqqal basdığını və pis göründüyünü deyirsə, “Sən öncə özünə bax” cavabına hazır olmalıdır. Tənqid edərkən, eyni zamanda onun hər hansı müsbət cəhətini tərifləmək lazımdır.

13.Partnyorunuzun gündəlik həyatına maraq göstərin. Hər ikinizi əyləndirəcək ümumi iş tapın, birgə gəzməyə gedin.

14.Tez-tez zarafat edin. Şən zarafat hər ikinizə sevinc gətirərək, problemlərdən diqqətinizi yayındıracaq.

15.Ailənizi uşaq dünyaya gətirməklə xilas etməyə çalışmayın. Uşağın dünyaya gəlməsindən sonra ailə problemləri daha da kəskinləşir.

Qarşılıqlı kömək, komplimentlər, minnətdarlıq, partnyorun gündəlik həyatına göstərilən maraq və diqqət sevgi hisslərinizi qoruyub-saxlamağa kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir