Hər bir qız gözəl geyinmək və öz xarici görünüşü ilə ətrafdakıları təsirləndirmək istəyir.
Dəbdəbəli görünmək üçün bahalı brendlərə müraciət etmək və ya açıq-saçıq geyinməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bu yazımızı oxumaq kifayətdir. Biz bu yazıda kobud dəb xətalarındandan danışacağıq.
Heyvan təsvirləri
Başdan ayağa bəbir printli donlar ucuz görünür. Heyvanlar printləri kiçik aksesuarlarda, məsələn, ipək yaylıqlarda bahalı təsir bağışlayır.
Qara rəng
Bozarmış qara ucuz görünür. Qapqara donlar həmişə yeni və bahalı mal kimi diqqət çəkir.
Dekolte
Sinə dekoltesi həddindən artıq açıq olanda geyiminiz həm ucuz görünür, həm də birmənalı qarşılanmırsınız.
Normada olanda isə söz ola bilməz.
Tufli
Böyük platforma ayaqqabılar zərif qadın ayaqlarını korlayır.
Klassik stilettolar isə həmişə zərif və dəbli görünür.
Böyük ölçülər
Böyük ölçülü geyimlər üslubunuza müsbət xal əlavə etmir.
Öz ölçülərinizə uyğun olan geyimlər isə bahalı təsir bağışlayır.
Krujeva
Krujevaların çoxluğu bəzi hallarda gözü yorur.
Donların, köynəklərin kənarlarına dekor kimi əlavə olunduğu zaman qüsursuz mənzərə ortaya çıxır.
Brendlərin loqotipləri
Saxta malların üzərinə yazılmış loqotiplər istənilən halda ucuz görünür.
Unutmayın, ən böyük gözəllik sadəlikdir.
Neon rənglər
Bu rənglər əksər hallarda gündəlik yay geyimlərində istifadə olunur. Bu səbəbdən də ziyafət geyimlərində uğurlu alınmır.
Daha dərin tonlarını isə ideal seçim adlandırmaq olar.
Büsqalter
Alt paltarının bu şəkildə görünməsi yolverilməzdir.
Əlbəttə ki, ikinci variant daha uğurlu seçimdir.
Bəzək əşyaları
Böyük bəzək əşyaları hər geyimlə ahəngdar görünmür. Üstəlik, onlar daha dəbdə deyil.
Nazik boyunbağılar heç bir halda obrazın ümumi görünüşünü korlamır, həm də yayın trendləri arasında liderlik edir.
Çantalar
Həcmli torba çantalar ucuz görünür.
Qutu kimi modellər daha effektlidir.
Straz və payetlər
Başdan ayağa tamamilə strazlarla və ya payetlərlə örtülən donlar ucuz görünür.
Kiçik parlaq elementlər isə bahalı təsir bağışlayır.
Corab və kolqotqalar
Bosonojka ilə corab geyinmək ənənə halını alsa da, ucuz təsir bağışlayır.
Açıq ayaqqabı ilə səliqəli pedikür isə bahalı və şux görünür.
Rənglərin harmoniyası
Qəhvəyi ilə qaranın vəhdəti darıxdırıcı görünür.
Klassik rənglərin birləşməsi istənilən halda sizi dəb xətasına yol vermək xilas edir.
Bahalı zinət əşyaları
Müxtəlif rəngli metalların uzlaşması ucuz görünür.
Eyni rəngdə bəzəklər bahalı təsiri bağışlayır