quslar

Doğurdanmı quşlar uçarkən yata bilirlər?

Baxış sayı: 1. 941

Alimlər uzun illər apardıqları araşdırmalardan sonra rəsmən təsdiq edirlər ki, quşlar saatlarla havada uçarkən yata bilirlər.
Almaniyanın Maks Plank Cəmiyyətinin Ornitologiya İnstitutundan olan alimlərin başçılığı altında beynəlxalq araşqdırmaçılar qrupu onillərlə alimlərə rahatlıq verməyən sualın cavabını tapıblar. Sual sadə sual idi: quşlar uçarkən yata bilirlərmi?
Yata bilərlər! Alimlər ən qeyri-adi tədqiqat nəticəsində – saatlarla havada qalan quşların davranışlarını izləməklə bunu sübut ediblər.
Çoxdan məlumdur ki, quşların bəzi növləri, həmçinin nəğməkar quşlar və dəniz quşları günlərlə, həftələrlə və hətta daha uzun müddətə heç bir yerə qonmadan uça bilirlər. Uzunmüddətli yuxusuzluğun hansı neqativ nəticələrə səbəb olduğunu nəzərə alan alimlər təxmin edirdilər ki, quşlar hansısa yolla uçarkən yata bilirlər.
Lakin bu yaxınlarda üzə çıxmışdı ki, bəzi quşlar uçarkən gerçəkdən də həftələrlə oyaq qala  və yuxu vaxtını minimuma endirə bilirlər. Bu fakt bəlli olduqdan sonra quşların havada yatması məsələsi daha çox qaranlıqlara qərq olmuşdu.
Bu məsələnin araşdırılmasında əsas problem – quşların uçarkən beyinlərinin tədqiq edilməsinin mümkün olmamasıdır.
Mümkün olsaydı, sualın cavabı çoxdan tapılardı.
Quş göydə başqa quşla toqquşmadan və yerə düşmədən necə yata bilər?
Bir versiyaya görə, quşlar havada tam yatmır, beyinlərinin yarımkürələri növbə ilə yatır: əvvəlcə sol, sonra sağ yarımkürə.
Belə araşdırmalar var ki, çöl ördəyi (yaşıl baş ördək) quruda təhlükə olduğunu hiss etdikdə məhz belə yatır.
Bu quşların qatarında kənarda olanların beyin yarımkürələrinin biri həmişə ayıq olur və mümkün təhlükələrə qarşı yönəlir.
Lakin hər bir halda alimlər yuxunu qeydə almaq üçün beynin elektirik aktivliyini ölçməli idilər. Bu isə quşun başında xüsusi qurğunun yerləşdirilməsini tələb edirdi.
Məsələni həll etmək üçün alimlərin iki anı üzə çıxarması lazım idi: quşlar nə vaxt ayıq olurlar və nə vaxt yuxunun iki məlum tipindən birində olurlar: Yəni, tədrici yuxuya (Slow Wave Sleep, SWS), yoxsa sürətli yuxuya (Rapid Eye Movement, REM). girirlər.
Məhz bununla bağlı araşdırmanın aparıcı müəllifi Nils Rattenborq miniatür cihaz yaradır və onun sayəsində uçuş zamanı quş başının hərəkətini fiksiya edən beynin ensefaloqrammasını çəkir.
Araşdırmaya Qalapaqos adalarında yuva quran böyük freqat quşlarından başlanılır. Məlumdur ki, bu quşlar balıq axtarışında okean üzərində həftələrlə uçurlar. Başlarına cihaz yerləşdirilmiş quşlar  bəzən 10 günə 3 min km məsafəyə uçublar.
Bütün bu vaxt ərzində cihaz quş başının hər iki yarımkürəsinin, hərəkətinin, uçuş marşrutunun və uçuş yüksəkliyinin  ensefaloqrammasını qeydə alıb. Geri qayıtdıqdan sonra cihazlar quşların başından çıxarılıb və əldə edilən məlumatların araşdırılmasına başlanılıb.
“Qalapaqosdakı bütün heyvanlar kimi freqatlar da olduqca sakitdirlər. Mən onlara ikinci dəfə yaxınlaşanda yatmaqda davam edirdilər”, – deyə araşdırmanın müəlliflərindən  Brayson Voirin bildirib.
Əldə edilən məlumatların təhlili üzə çıxarıb ki, quşlar gerçəkdən də havada yata-yata uça bilirlər. Lakin qeyri-adi üsullarla yatırlar. Gündüzlər onlar ayıq olur, yemək axtarırlar. Hava qaraldıqdan sonra isə onlar tədrici yuxu rejiminə keçirlər. Bu zaman beyninin həm bir, həm də iki yarımkürəsi işini dayandıra bilər.
Bu onu göstərir ki, quşların öz uçuşlarının aerodinamikasına nəzarət etmələri üçün bir yarımkürənin oyaq qalması vacib deyil.
Araşdırmanın başlıca kəşflərindən biri isə quşların ümumi yuxu vaxtının aşkara çıxırılması olub: bəlli olub ki, quşlar uçarkən (adətən gecələr uçurlar) sutka ərzində vur-tut 42 dəqiqə yata bilirlər. Lakin yuvaya qayıtdından sonra çox yatırlar, hətta yarım gün yuxuda ola bilirlər.
Alimlər öz işlərini “Nature Communications” jurnalında dərc ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir