stop

Hansı ölkədə hansı qəribə qadağa var?

Baxış sayı: 1. 609

Türkmənistan – fonoqramma ilə mahnı oxumaq
Bu qadağa geniş miqyaslı mədəni tədbir və televiziya proqramlarına şamil edilir. 2005-ci ildə o zaman prezident olan Səfərmurad Niyazov “həqiqi incəsənəti” qorumaq məqsədilə bu qanunu qəbul etmişdi. O həmçinin opera və baleti də “lazımsız” bilərək qadağan edib.

Çin – dövlətin razılığı olmadan reinkarnasiya
2007-ci ildə qüvvəyə minən qanun Çində buddist kahinlərin dövlətin razılığı olmadan qeyri-qanuni reinkarnasiya etməsini qadağan edib.

Rumınya – “Scrabble” və yaxud söz oyunu
80-ci illərdə rumin lideri Nikolae Çauşesku “Scrabble” oyununu qadağan edir. Belə ki, o bu söz oyununu “dövlət əleyhinə” və “faciəvi” oyun hesab edirdi. Xoşbəxtlikdən hazırda bu qanun qüvvədə deyil və hətta ölkənin “Scrabble” üzrə federasiyası mövcuddur ki, o da mütəmadi olaraq turnirlər təşkil edir.

İran – kişilərin saçlarını “at quyruğu” şəklində yığması
2010-cu ildə İran rəhbərliyi kişilərin yol verilən saç düzümü ilə bağlı siyahı tərtib etmiş bə bu zaman “at quyruğu”, “balıq quyruğu” və həddindən artıq kənarlardan çıxan saç düzümlərini qadağan etmişdir.

Hindistan – spirtli içki reklamı
90-cı illərin sonunda Hindistanda istənilən spirtli içki reklamı qadağan edilmişdir. Hətta üzərində spirtli içki simvolunu daşıyan istənilən reklama yol verilmir.

Fransa – Red Bull
2008-ci ilə qədər Fransada tərkibindəki təhlükəli kimyəvi maddələrə görə Red Bull enerji içkisi qadağan idi. Belə olduqda, istehsalçılar onun tərkibində azacıq düzəliş etməyə məcbur olur.

Çin – zamanda səyahət
Çində zamanda səyahət etmək qadağandır, daha dəqiq desək özündə zamanda səyahəti əks etdirən istənilən film və şoular. Çin rəhbərliyi belə hesab edir ki, tarix və zaman – ciddi məsələlərdir. Buna görə də, onlarla bağlı dəyişikliklər yol verilməzdir, hətta filmdə belə olsa.

Cənubi Afrika – prezidentin evinin şəkli
Cənubi Afrika rəhbərliyi keçən il prezident Ceykob Zumanın evinin fotoşəkillərinin çəkilməsini qadağan edən qanun qəbul etdi. Təbii olaraq, çoxsaylı mətbuat nümayəndələrə əmrə tabe olmamış və şəkilləri nəşr etmişdilər.

Monako – kazinoda oyun, əgər Monako vəətndaşısınızsa…
Monte-Karlo kazinosunun Monakonun simvolu hesab edilməsinə baxmayaraq, vətəndaşların özlərinə kazino oynamaq qadağandır. Qanun 1860-cı ildə şahzadə III Karl tərəfindən qəbul edilib. O knyazlıq əhalisinin bütün sərvətlərini kazinoya yatıracaqlarından ehtiyat edirdi. Lakin bu qanun əcnəbilərə şamil edilmir.

Cənubi Koreya – gecə yarısından sonra kompüter oyunları oynamaq
2011-ci ildə qüvvəyə minən qanuna əsasən 16 yaşına qədər olan uşaqlar gecə yarısından sonra səhər saat 6-ya qədər kompüter oyunları oynaya bilməzlər. Lakin bu yaxınlarda ölkə rəhbərliyi valideynlərin tələbi ilə qadağanı ləğv etmişdir.

Yaponiya – klublarda rəqs etmək
Bu qanun Tokio kimi gecə həyatı ilə məşhur olan bir şəhərə sahib ölkə üçün qəribə səslənə bilər. Lakin bu həqiqətdir. Qanun 1948-ci ildə qəbul edilib və ictimai yerlərdə rəqs etməyi qadağan edir. Rəqs etməyə isə xüsusi lisenziyalı məkanlarda və yalnızca gecə yarısına qədər icazə verilir. Hazırda isə 2020-ci ildə keçiriləcək Olimpiya oyunları ərəfəsində qanunun ləğv edilməsi məsələsi müzakirə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir