ayaqqabi

Hər qadının dolabında olması vacib sayılan 5 ayaqqabı

Baxış sayı: 2. 018

Qara hündürdaban ayaqqabı

Qara rəngli paltar kimi klassik olan qara rəngli hündürdaban ayaqqabı da, hər qadının dolabında olması vacib sayılan ayaqqabılardan biri hesab olunur. Ofisdə, dostunuzun nikahında ya da bir yeməyə çıxdığınız zaman da sizi darda qoymayan qara rəngli ayaqqabıları, donlar,qısa ətəklər və şalvarla da uyğunlaşdırıb geyməkdə sərbəstsiniz.

qara hundurdaban ayaqqabi

Zövqlü bir sandal

Nə olur olsun, çalışın, sadə bir yay geyimi üçün, fərqli bir ab-hava yaradacaq, zövqlü bir sandalınız olsun. Sadəcə gündüz geyə biləcəyinzi düşündüyünüz hər hansı bir paltarı gecə yeməyinə necə geyə bilərəm sualının tək cavabı zövqlü bir sandaldı.

Zövqlü bir sandal

Babet

Yalnız isti günlərin deyil, eyni zamanda nə geyəcəyimizə qərar verə bilmədiyimiz hava dəyişikliyi zamanı ( payız, yaz ) aylarında mövsümün vazkeçilməzi olan babetlər. Dolabınızda keyfiyyətli, bir babet mütləq olmalıdı.

Babet

Ziyafət ayaqqabısı

Hər gün yeni bir toy xəbəri gəlir, siz də hər yeni gələn bu xəbərlə “ nə geyəcəyəm” dərdinə düşürsünüz. Təbii ki, hər toya eyni paltarı geymək mümkünsüzdü. Amma hər gün olan dəvət üçün də, hər gün bir yeni ayaqqabı alınmaz. Zövqlü bir kombinə edilmiş geyimlə uyğun gələcək, hündürdaban ayaqqabılardan hər qadının dolabında bir dənə də olsa tapılmalıdı.

Ziyafət ayaqqabısı

Klassik dəri çəkmə

Yaxşı bir çəkmə, ən sevdiyiniz cins şalvar kimidi. Əgər, ən gözəlini tapmısınızsa, illər boyunca ondan vazeçməzsiniz. Donlar, ətəklər, dar şalvarlar…Klassik çəkmələr hamısına zövqlü bir ab-hava qatır.

Klassik dəri çəkmə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir