Brad Pitt

Bütün dövrlərin ən cəlbedici 15 kişisi

Baxış sayı: 2. 012

Yalnız qadınlar yox kişilər də cəlbedici ola bilir. Kimisi gülüşünə, kimisi baxışına, kimisi dodaqlarına görə fərqlənir və qadınların diqqət mərkəzində olur. Bu dəfə də “Gencaile.az” Foxy.az-a istinadən bütün dövrlərin ən cəlbedici, ən şıq 15 kişisini təqdim edir.

Marlon Brando

XX əsrin ən yaxşı aktyorlarından olan Marlon Brondo şübhəsiz ki, xarici görkəminə,cəlbediciliyinə və iradəli xarakterinə görə bütün qadınların diqqətində idi.

Cary Grant

Hollywood-un öndə olan centlmenlərindən Cary Grant ekranlara  kişilik, zəriflik, cazibədarlıq gətirmişdi. XX əsrin 30-cu illərində hələ bu kəlmə dəb olmayanda playboy obrazını yaratmışdı. Məhz buna görə də o, agent James Bond obrazının prototipi oldu.

Robert Redford

70-80-ci illərsə aktyor media vasitəsi ilə heyranları tərəfindən xoş sözlər alırdı. 90-cı illərdə “Ədəbsiz təklif” adlı rəsmdən sonra isə qadınların beynində “ala-toran” şəkildə qaldı.

Paul Newman

Cəlbedici mavi gözləri ilə Paul Newman inanılmaz dərəcədə fotogenik olub. Kariyerasının əvvəlində o kişiyə xas olan şarmı, yaraşığı, istedadı, xeyriyyəçi (məşhur xeyriyyəçi olub) xarakteri ilə ulduz və seks simvolu olmuşdu. Onun ayaqlarına milyonlarla qadın düşməyə hazır idi, amma o, bütün həyatı boyu yalnız bir qadına sadiq olub – aktrisa və həyat yoldaşı Joanne Woodward-a.

Alain Delon

Bu məşhur fransız aktyorun adı kişi gözəlliyi ilə sinonimdir. Onun adı belə qadınları heyran edir. Hətta pavilyonda belə onun tərəf müqabilləri cazibəsinə tab gətirməyiblər. Bu qadınlar arasında Claudia Cardinale, Romy Schneider, Ornella Muti, Monica Bellucci olub.

Timothy Dalton

O, James Bond-un dördüncü hissəsində çəkilərək qadınların ürəyini fəth edib.

Mel Gibson

Mel Gibson 1985-ci ildə People jurnalının cəlbedici kişilərin reytinqində birinci olaraq rəsmi şəkildə seks simvolu adlandırıldı. O zaman bu göygözlü kanadalının 20 yaşı vardı və vəhşi cazibəyə sahib idi.

Jude Law

“Yaraşıqlı Alfi” dünyanın ən arzuolunan kişisi olaraq Britaniyanın Alain Delon-a çevrildi.

Leonardo DiCaprio

“Titanik”dən sonra DiCaprio bütün dünyada tanındı və xüsusilə də qadınların tərənnüm obyekti oldu.

Brad Pitt

Qayğıkeş ata və  ailə başçısı kimi Brad Pitt indi ideal kişidir. Amma vaxt var idi ki, o qadınların ürəyini fəth edirdi. Vəhşi cazibəyə malik olan Pitt Hollywood seks simvolu statusunu 1995-ci ildə alıb.

Bruce Willis

O, həm yaraşıqlı aktyor, həm prodüser, həm də ki, musiqiçidir. “Beşinci element” filmi ilə qadınların qəlbini bir daha fəth edib.

Johnny Depp

Dünyanın məşhur kinopiratı Johnny Depp xarici görkəmi ilə həmişə qadınların sevimli qəhrəmanı ola bilər.

George Clooney

Hələ bir 10 il də keçsə Clooney özündən gənc biri ilə ən cəlbedici kişilərin reytinq sıralamasına girə biləcək cazibəyə sahibdir.

Kevin Costner

Çox qadın tərəfindən sevilən və ürəklərini fəth edən məşhur amerikalı aktyordur.

Til Schweiger

Məşhur alman aktyoru Schweiger vəhşi cazibəsi ilə bütün qadınların sevimlisidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir