1403937652_munasibtt

Qadınların qəlbini fəth etməyin 6 yolu

Baxış sayı: 3. 050

Əgər sizin namünasib rəftarınız səbəbilylə həyat yoldaşınız inciyib, yaxud hiddətlənibsə, bu məqalədən yardım alıb onun ürəyini ələ alın ki, həyatınız adi axarına qayıtsın. 

Onun ideal kişisi olun

Onun hansı işinizdən xoşlandığını yəqin ki, bilirsiz. Onları artırın, bəyənmədiklərini də azaltmağa çalışın. Tanışlığınızın ilk dövrlərində onu aşiq etdiyiniz kişi kimi olun. Onun xətrinə canfəşanlıq edin, fədakarlıq göstərin və onu geri qaytarmağa çalışın. Bir az zaman verin ki, onun sizin üçün nə qədər əhəmiyyətli birisi olduğunu başa düşsün. Tanışlığınızın əvvəlində onun vurulduğu və ailə qurmağa razılaşdığı həmin kişi olun. Həmin kişi olun ki, həmişə onunla fəxr etmişdir.

Dəyişildiyinizi ona bildirin

“Mən dəyişəcəyəm” deməklə dərdə dəva etmək olmaz. Sizin hərəkətləriniz sözlərinizdən daha çox təsir bağışlayır və onun qərarları üçün ilk mənbə hesablanır. Onun sevib-sevmədiyi işləri seçin və diqqətinizi bu işləri edib-etməmək üzərə cəmləşdirin.

Məsələn, yoldaşınız həmişə gileylənir ki, sözlərini dinləmirsiz. Siz də onun sevdiyi bir işi görün və bundan zövq alın.

Xanımınızı həqiqətən qaytarmaq istəyirsinizsə, bu iş üçün hədd və miqdar təyin etməyin. Onun razılığını cəlb etmək üçün səy etməlisiz və bütün mərhələlərdə soyuqqanlılığınızı qorumalısınız. Özünüzdən məyuslanmayın və qadınınıza qarşı diqqətsizliyə yol verməyin. Çünki bu iş sizi onun nəzərində duyğusuz şəxs kimi cilvələndirə bilər. Daha sizin üçün önəmli olmadığını düşünə bilər. Onu dəyərləndirdiyinizi bildirin, amma diz çökməyin.

Onunla söhbət edin

Ehtimal ki, o daima sizin yaxşı həmdəm olmadığınızdan şikayətlənir. Sizin haqqınızda mənfi düşüncələr oyadan səbəbləri dağıdın və onun mənəvi ehtiyacını ödəyin. Öz düşüncə tərzinizlə onu tanış edin. Keçmiş səhvləriniz üzərində işləyin və onları aradan qaldırın. Xanımınızdan başqa istəkləri barəsində də sizinlə danışmasını xahiş edin və onu diqqətlə dinləyin. Bu işlə sizin yetərincə yetkin birisi olduğunuz sübuta yetər.

Sevginizi etiraf edin

Qadınlar həmişə sevgi etirafları intizarındadırlar.Əgər öz etirafınızı münasib bir vaxtda açıqlaya bilsəniz,gülərüzlə qarşılaşacaqsınız. Lakin diqqət edin ki, belə sözlər ani və önsözsüz olmasın. Xanımınızla təklikdə qalana qədər səbr edin, sonra ovsunlayan hisslərinizi açıqlayın. Öz sözlərinizdə səmimiyyəti qorusanız, daha çox təsir buraxacaqsınız, çünki qəlbdən gələn səs qəlbə düşər.

Səmimi və riyasız olun

Qeyri-səmimi onun qəlbinin dərinliyinə baş vurmağa çalışmayın, çünki qadınlar yalan və riyanı seçməkdə çox həssasdırlar. Doğru danışmağınız daha yaxşıdır. Öz keçmiş səhvlərinizin səbəblərini izah edin və yaxşı ibrət aldığınızı söyləyin. Ona deyin ki, onsuz həyat sizə ağırdır.

Qadınınıza bir dəstə gül, yaxud hədiyyə alın

Xanımınıza gözəl bir hədiyyə, yaxud xatirəsi qalacaq gözəl bir gül dəstəsi bağışlamağa çalışın. Çox bahalı olmasa da, səliqəli və sevinc bəxş edən bir hədiyyə olsun.

Bütün bu işlərlə bərabər, inciklik xanımınızın qəlbindən silindikdən sonra bir daha belə halların baş verməməsi və bir-birinizin baxışından daha çox xəbərdar olmaq üçün onunla qarşılıqlı və məntiqli söhbət edin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir