Toya hazırlaşarkən dəvət siyahısından, məkan seçməyə qədər bir çox detalla məşğul olub özünüzü nəzərdən qaçırmayın. Toyda daha da mükəmməl görünmək üçün gəlin namizədlərimizə bir neçə məsləhətimiz var.
9-12 ay qalmış:
Saçınız: Hazırlıqlara başlamaq üçün çox erkən olduğunu düşünürsünüz? Elə deyil! Toyda saçınızı topuz və şokolad rəngi olmasını istəyirsiniz. Bu zaman hazırlıqlara erkən başlamaq lazımdır. İlk öncə toyda necə görünmək istədiyinizə qərar verməlisiniz. Topuzmu olacaq, dalğalımı yoxsa düz? Eyni şey saç rəngi üçün də keçərlidir. Saç rəngini müəyyən müddət ərzində dəyişdirməkdə fayda var. Çünki son halda radilak saç rəngi dəyişimi uğursuzluqla nəticələnə bilər. Mütamadi olaraq saç maskaları edin, yayda dənizə getdiyiniz zaman saç spreylərindən istifadə edin.
Üz dəriniz: Problemli dəriyə sahibsinizsə, dermatoloq yanına getməyiniz məsləhətdir. Mütəxəssislə birgə üz dərinizdəki problemə çarə tapa bilərsiniz.
Bədəniniz: Bu zamandan etibarən lazer epilyasiyasına başlamalısınız. Toy zamanına qədər xoşagəlməz tüklərdən qurtula bilərsiniz.
6-9 ay qalmış
Saçınız: Saçınıza uyğun qulluq etmək zamanı gəldi. Yağlı saç və ya quru saç, hər ikisi eyni şəkildə xoşagəlməzdir. Saç ustanızdan sizə uyğun şampunu tövsiyyə etməsini xahiş edin.
Üz dəriniz: Üzünüz gün keçdikcə daha da gözəlləşməlidir. Toya qədər hələ vaxtınız olsa da düzgün kremlərdən istifadəyə davam edin. Kremlə bərabər pilinq və nəmləndirici maskadan istifadə edin. Yaydan və ya sivilcələrdən qalan izləri müalicə etməyin zamanı gəldi.
Bədəniniz: Hamamdaykən bədəninizi kisələyin. Bu zaman ölü dəri hüceyrələrindən azad olacaqsınız, qan dövranı güclənəcək və dəriniz yumşalacaq. Kisədən sonra mütləq nəmləndirici kremdən istifadə edin.
3-6 ay qalmış
Qaşlar: Qaşlarınızın forması üz ifadəniz üçün çox önəmlidir. Qaşlarınıza özünüz forma verməyin. Mütəxəssisdən kömək alın. Gözlərinizin ön plana çıxması üçün qaşlarınızın qalınlığına fikir verin. Düzgün forma verilmiş qaşlar həmçinin üz ifadənizini ön plana çıxardacaq.
Bədəniniz: Sellülitlərlə mübarizəyə başlamaq zamanı gəldi. Paltarınız problemli hissələri örtsə də, sellülitsiz bədənə sahib olmaq sizi psixoloji olaraq sakitləşdiricək. İlk öncə gözəllik salonunda sellulit masajı etdirin. Sonra hər gün mütamadi olaraq sellülit maskaları edin.
1-3 ay qalmış:
Dırnaqlar: Dırnaqlarınızda ləkələr varsa və ya tez-tez qırılırsa krem istifadə etməyiniz şərtdir. Vitaminli kremlərin təsirini görə biləcəksiniz. Əllərinizə mütamadi olaraq nəmləndirici kremlər çəkin. Ayaqlarınıza mütamadi olaraq pilinq edin.
Bədəniniz: Üzünüz kimi bədəniniz də yenilənməlidir. Ölü hüceyrələrdən azad olmaq üçün pilinq etdirməyiniz şərtdir. Ev şəraitində də pilinq edə bilərsiniz.
1 ay qalmış:
Saçınız: Ani evlənmə qərarı vermisinizsə, saçınız qısadırsa suni saçdan istifadə edə bilərsiniz. Saçınız uzun olacaq deyə bir qayda yoxdur. Ancaq toyunuzda uzunsaçlı olmaq istəyirsinizsə, qaynaq istifadə edə bilərsiniz.
Üz dəriniz: Bu zaman etməli olduğunuz ən önəmli şey nəmləndirici maska etməkdir. Həmçinin qırışıqlar üçün kremdən də istifadə edə bilərsiniz. Yaxşı görünmək üçün stressdən uzaq qalmağınız məsləhətdir. Unutmayın stress üzünüzə təsir edir və sivilcələrin çıxmasına şərait yaradır.
Bədəniniz: Saunaya gedin. Başdan ayağa rahatlaşdırıcı masaj etdirin.
1 gün qalmış:
Saçınız: Səhər salona getməli olduğunuz üçün saçınızı axşamdan yuyun. Saçınıza aksesuar taxacaqsınızsa, onları da axşamdan hazırlayın. Səhər təlaşdan unuda bilərsiniz.
Üz dəriniz: Göz altında qaralmalar var? Bundan azad olmaq üçün buzdan istifadə edə bilərsiniz. Mütləq nəmləndirici kremdən istifadə edin.
Dırnaqlarınız: Dırnaqlarınızı bir gün öncədən manikur etdirin. Açıq və ya pastel rənglərdən istifadə edə bilərsiniz.
Vücudunuz: Ətirli bədən lasyonundan istifadə edin. (foxy.az)