usaqlar

Rənglər uşaqlara necə təsir edir?

Baxış sayı: 2. 432

Evdə istifadə olunan rənglərin uşaqlara təsir etdiyindən xəbərin varmı? “Gencaile.az” Foxy.az-a istinadən evdəki rənglərin uşaqlara təsirindən bəhs edir.

Alimlər rənglərin insanın daxili aləmi ilə əlaqəsini təsdiqləyiblər. Və nəticədə məlum olub ki, rənglər sinir sisteminin emosional xəbərdarlıqla bağlı hissələrinə birbaşa təsir edir. Gözlərimiz bir rəngə diqqətini verəndə beynimizdən bizə fiziki və duyğusal səviyyədə təsir edən müxtəlif kimyəvi maddələr məhv olur.

Uşaqların xoşbəxtliyi üçün rənglərə diqqət et   

Uşaq otağında istifadə olunan çox sarı rəng uşaqlarda ağlamaq hissini artırır, qonaq otağındakı qırmızı rəng isə sürətli yeməyə səbəb olur. Qırmızı, mavi və sarının bir-biri ilə uyğun istifadəsi oğlan uşaqları üçün ideal seçim olar. Bir tərəfdən də yaşıl, açıq mavi və açıq sarının uyğun istifadəsi də qız uşaqları üçün çox feminəl, sakit və bir o qədər də canlı olacaq. Eyni zaman da hiperaktiv pozğunluq yaşayan uşaqların olduğu məkanlarda qırmızının daha az istifadə olunması lazımdır.

Yataq otağında bənövşəyi istifadə edilməsi rahat yuxuya kömək edir, çəhrayı isə sakitləşdirir

Çəhrayının rahatladıcı və sakitləşdirici təsiri var. O mənfi enerjini boşaldaraq sakitlik bəxş edir. Bənövşəyi və çalarları dinclik verir. Yataq otağında lazımlı dərəcədə istifadə edilməsi rahat yuxuya təminat verir.

Kilo problemi olarsa mavi yaxşı seçimdir

Qırmızı və narıncı rəngləri iştah artıran təsirə malikdir. Bu rənglər sürətlə yemək yeyib və tez də süfrədən qalxmağa şərait yaradır. Digər bir tərəfdən də narıncı rəng qaydasında istifadə edilərsə sosiallaşma və söhbət etməyə şərait yaradan rəng olduğu üçün yemək otağı və mətbəxdə rahatlıqla istifadə oluna bilər. Mavi rəng isə iştahanı azaldır və nəbzin döyüntüsünü aşağı salır. Bu rəng və onun çalarları kilo problemi olanların mətbəxdə istifadə edə biləcəyi rənglərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir