1. Zərif cinsin nümayəndələri bu haqda adətən susmağa üstünlük verir. «Men’s Health» jurnalına istinadən xəbər verir ki, ilk fakt qadın intuisiyası ilə bağlıdır. Bu, xanımlarda həqiqətən var: o, ərindən rəisinin katibəsini soruşan zaman kişinin ani anda niyə susduğunu yaxşı anlayır. Odur ki, ən yaxşı variant açıq danışmaq olardı…
2. Hər bir qız əmindir ki, keçmiş sevgilisi nə vaxtsa onun geri dönəcəyinə ümid edir və bu xoşbəxt anı gözləyir.
3. Nə vaxt ki qız sözünə «sən həqiqətən də yaxşı oğlansan…» deyərək başlayırsa, getmək üçün çantanı yığa bilərsən.
4. Qıza nə qədər nadir müraciətlə üz tutsan, o, bunu ilk dəfə məhz ona dediyini düşünür… Məsələn, «balam» və ya «dovşanım»dansa, «yenot» daha məsləhətdir.
5. O, sənin ananı sevmir. Qadın bayramı öz anası ilə keçirməyi daha çox istəyir və hələ də bayram sevincini məhz onun ailəsi ilə bölüşməməyinin səbəbini anlamır.
6. Əgər o, sənin sevimli futbolçunun adını soruşursa, bu, heç də qadının qəflətən futbola sevgisinin yarandığını göstərmir. O, sadəcə sənin elektron ünvanının parolunu axtarır.
7. Münasibətlərin ilk mərhələsində o, mütləq sənin dostların və yaxınlarınla «çənə vurur». Məqsəd birdir: dostların onu sənə tərifləsin!
8. İlk görüşdə pul çatışmazlığı və ya saqqallı olmaq qadınlar tərəfindən bağışlana bilər. Amma görüşün darıxdırıcı keçməsi…
9. Qadın xoşuna gələn kişi ilə ilk görüşdəcə sekslə məşğul olmaqda pis heç nə görmür. Amma bunu heç vaxt etməyəcək.
10. Qadınlar əlamətdar tarixləri sevir. Onun ən çox yadda qalanı isə əlbəttə ki, sənin unutduğun tarix olacaq