Əgər hər gün yüksək əhval ruhiyyədə, enerjili və sağlam bir həyat yaşamaq istəyirsinizsə həkimlərin sizə ilk məsləhəti idmanla məşğul olmaq olacaq.
İdmanala məşğul olmağın bizə nə kimi xeyirləri var? ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
Beləliklə sizə idmanın insan orqanizmi üçün 7 əsas xeyirini təqdim edirik.
1. İdman əhvalı yüksəldir — bele ki, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
2. İdman Xroniki xəstəliklərin qarşısını alır-müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.
3. İdman çəkinizi qorumağa kömək edir-müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.
4. İdman ürəyin və ağ ciyərin funksiyasını gücləndirir-müntəzəm idman vucudu oksigenlə tam təmin edir damarlarda qan dövranını artırır.
5. İdman yuxusuzluğu aradan qaldırır.
6. Müntəzəm idman intim həyatı aktivləşdirir.
7. İdman təngnəfəsliyi aradan qaldırır.