Afrikanın çöllərində çəkilmiş bu fotolar əsl ekstrim həvəskarları üçündür. Tanzaniyadakı Serengeti qoruğu ərazisində ova icazə yoxdur, burda yalnız fotosafari mümkündür.
Səhər saat 7-də oteldən çıxırsan, günorta qayıdırsan. Yalnız “Toyota” maşınları, təcrübəli sürücü, ancaq istənilən halda maşından düşmək olmaz qətiyyən.
Maşında kofe, çay, ləbləbi, çips filan…, iki saatdan sonra maşın hippopotamlar olan yerdə dayanır, umumi bir dayanacaqdır, ayaqyolu, masalar – burada yarımsaatlıq piknik edirlər, sonra yola davam… otelə qədər təxminən 2 saatdır.