İngiltərənin “The Sun” qəzeti insanların iş qrafikini həftənin günlərinə uyğun bölüb. Həmin qrafikə görə, həftənin çərşənbə axşamı günü insanların ən məhsuldar günüdür.
Həftənin çərşənbə günü isə insanların vurulması, aşiq olması üçün idealdır. Amerikada 8 min subay arasında aparılan araşdırmada bu, özünü təsdiqləyib. Belə ki, rəyi soruşulanlar deyib ki, ilk görüş uğurlu keçirsə iki gün sonra növbəti görüş üçün də vədələşmə baş tutur və xoşbəxt bir münasibətin təməli qoyulur. Həftənin cümə günü ilə bağlı nəticə isə ondan ibarətdir ki, insanlar bu tarixdə həftə sonunun da gətirdiyi rahatlıqla hətta siqareti də atmaq haqda düşünür. Şənbə gününə gəlincə… Burada söhbət təkcə əyləncə saatlarından getmir.
Alimlər həmin gün həddən artıq alkoqol qəbul etməyə qarşı çıxır. Belə ki, bu, insanların alkoqollu halda maşın idarə etməsi qəzaların sayını 70 faiz daha artırır. Bundan başqa, hamilə qadınlara məhz həmin gün doğum etməyi məsləhət görülür. Burada söhbət qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməkdən gedir.
Çünki həmin gün doğulan uşaqlar digərləri ilə müqayisədə daha çox uğur qazanır. Bazar gününə gəlincə, həmin gün insanlara evdə yemək hazırlamaq məsləhət görülmür. Çünki bu, ciddi stress yaradır.