komputer

İnternetdən istifadə edən uşaqlarınıza nələri öyrətməlisiniz?

Baxış sayı: 1. 811

Elə bir dövrdə yaşayırıq ki, uşaqları texnologiyadan uzaq tutmaq çətin məsələyə çevrilib. Belə bir məqamda ancaq onları texnoloji inqilabdan qorumaq qalır. Xüsusilə də, internet istifadəçisi olan uşaqları qorumaq daha vacibdir. Amma düşünə bilərsiniz ki, internet böyük bir qavramdı, biz uşaqları İnternetdəki hansı təhlükədən qoruyaq, bunu necə bacara bilərik?! Amma bunun üçün bizdə bir neçə ipucu var ki, köməyinizə gələ bilər.

İnternetin uşaqlara faydası dəydiyi kimi, zərəri də az deyil. Bunun üçün də onlara İnternetdən faydalanmağa imkan verməklə yanaşı, zərərli vərdişlərdən də qoruya bilərsiniz.

Açıq danışın

Uşaqlarınıza hər şeyin səbəbini açıq şəkildə bildirin. Uşaqlar onsuz da nəyinsə pis olduğunu, onu etməmələri gərəkdiyini yaxşı bilirlər. Amma bu pis olan şeyin niyə pis olduğunu bilmirlər. Ona görə də uşaqlarınıza pis bildikləri hər bir şeyin səbəbini açıqlayın. Bunun sayəsində uşaqlarınız nəyin niyə pis olduğunu, olmazın səbəbini anlayacaqlar və o işi etməyəcəklər.Başqalarının həyatına hörmət edilməsi lazım olduğunu və məhrəmi öyrədin. Uşaqlarda məhrəmi anlama duyğusu müəyyən zamana qədər olmur. Buna görə də onlara bu duyğunun nə olduğunu öyrədin ki, İnternetdəki “tora” düşməsinlər. Nəyi oxumalı, paylaşmalı olduqlarını yaxşı biləcəklər. İkincisi uşaqlarınızı İnternetdə real həyatda tanıdıqları insanlara dostluq atmaqlarını məsləhət verin. Nəticədə, onlar tanımadıqları insanların həyatları, nə etdikləri ilə maraqlanmayacaqlar. Bu çox vacib amildir. Çünki bu dövrdə insanlar tanımadıqları insanlara sosial şəbəkələrdə dostluq, atır onları narahat edirlər. Bu isə doğru və etik hərəkət deyil. İkincisi İnternetdən götürdükləri hər hansı bir məlumat olduqda ona istinad versinlər. Beləliklə, digərlərinin əməyinə hörmət edilməsi lazım olduğunu öyrənəcəklər. Amma gəlin, razılaşaq ki, bu istinad məsələsi ölkəmizdə çox acınacaqlı vəziyyətdədir. Heç kim bir-birinin əməyinə hörmət etmir. Lakin siz bunu övladınıza aşılasanız gələcək üçün yaxşı xüsusiyyətləri olan insan yetişdirmiş olarsınız.

Qadağa qoymayın amma limit qoyun

Qadağa həmişə insanı özünə çəkib. Nəyə qəti sürətdə qadağa qoyulursa mütləq o qayda pozulur. Buna görə də uşaqlarınıza bu qadağaları neqativ, aqressiv şəkildə deyil, pozitiv şəkildə istinadlı bilgilərlə çatdırın. Onlara qadağa qoymayın, İnternetin faydalarından, ondan düzgün istifadə qaydasından danışın, hansı saytlara girmək daha məqsədəuyğun, hansıların isə lazımsız olduğunu vurğulayın. Eyni zamanda bəzi saytlara niyə girmək olmaz, bunu başa salın.

Mobil tətbiqetmələrlə bağlı məlumatlandırın

Mobil sistemi hələ də nəzarət altında saxlamaq olmur. Amma mobil tətbiqetmələrdən qorunmaq mümkündür. Uşaqlarınızı təhlükələrdən qorunmaq üçün mobil cihazları necə güvənli şəkildə istifadə edəcəklərini anladın.

Gizlilik parametrləri

Uşağınızın İnternetdəki fəaliyyətinə nəzarət etmək üçün gizlilik parametrlərini yoxlayın. Bunun üçün gizlilik nəzarət proqramları var. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir