sümüksüz ət, satış

Sümüksüz ətin satışı niyə qadağan edildi? – RƏSMİ CAVAB

Baxış sayı: 2. 042

“Bakı Şəhər Baytarlıq İdarəsinin hələ 2006-cı ildə imzalanmış əmri ilə sümüksüz ətin satışı qadağan edilib. Bir həftə öncə isə bu əmr yeni formada verildi”. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Mətbuat katibinin sözlərinə görə, bu, ticarət nöqtələrində satılan ətin mənşəyinin müəyyənləşdirilməsi üçündür: “Bəzən at, eşşək ətini mal əti adı ilə sümüksüz formada satırdılar. Lakin bu qərar bu kimi neqativ halların qarşısını alacaq”.

Dövlət Xidmətinin sözçüsü onu da qeyd edib ki, yalnız emal müəssisələri sümüksüz əti sata bilərlər: “Bunun üçün həmin müəssisə müəyyən edilmiş qaydalara cavab verməlidir və bundan sonra sümükdən ayrılan ət xüsusi qablarda qablaşdırıla bilər”.

Y. Xanvəlinin sözlərinə görə,  qablaşdırılmış ətin üzərində verilən icazə, əti emal edən müəssisənin adı, ünvanı, VÖEN-i, telefon nömrələri mütləq qeyd edilməlidir: “Əgər bunların heç biri olmadıqda sümüksüz ətin satışının qarşısı alınacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir