makiyaj

Zövqlu və səliqəli göz makiyajının sirrləri

Baxış sayı: 1. 849

Gözlərinizə zövqlu və səliqəli göz makiyajı etmək üçün aşağıdakı üsullara diqqət yetirmək lazımdır.

Göz kölgəsini çəkmədən əvvəl  göz qapağınızı mütləq hazırlayın  — bir az tonal krem və üzərinə yüngül pudra çəkin.

Fırçanızı boya ilə çox yükləməyin, yüngülcə ton verərək başlayın və kölgələri getdikcə istəyə görə çoxaldın.  Sanki üzərinə çıxacağınız qatlardan əvvəl təməl atırmışsınız  kimi.

İki, üç ya da dörd rəngli göz kölgələri sizi çaşdırır? Ən açıq rəng başlanğıc üçündür- bütün göz qapağına yayılar, orta tondakı iç yarısı üçün və ən tünd olan  gözün xarici yarısı kontur  xətti üçün daha  uyğundur.

Hələ də rəng kombinasiyaları haqqında şübhənizmi var? Tək və təbii bir rənglə bütün göz qapağınızı kölgələyə bilərsiniz.

Kölgənizin əsla gözünüzün iç ya da xarici künclərindən kənara çıxmasına icazə verməyin. Bu makiyajınızın həddindən artıq görünməsinə səbəb olar.

Tünd ya da uzun müddət davamlı, qalıcı bir rəng istəyirsinizsə, kremin üzərinə toz  kölgə sürtün.

Kölgəni sürtdükdən sonra  rəng çox olarsa, pambıqla yüngülcə silin ya da dərinizin rəngində bir rənglə tonunu açın.

Göz kölgəsi eyeliner  əvəzinə yaş ya da quru halda çox asan istifadə edilə bilər. Yalnız kirpikləriniz boyunca tətbiq etmək üçün uyğun bir fırça tapmanız  kafidir.

Gözlərinin iç künclərini açıq rəng, parıltılı bir qələmlə rəngləsəniz, daha parlaq görünüş əldə edərsiz.

Gözlərinizi tünd rəng qələm ya da kölgə ilə çərçivələmək  onları daha balaca göstərəcək.  Əgər gözləriniz  balacadırsa diqqətli olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir