xosbextlik

Daha xoşbəxt yaşamaq üçün 11 ADDIM

Baxış sayı: 1. 781

Sürətlə axıb gedən zaman bədənimizi yorduğu kimi, ruhumuza da mənfi təsir edir. Sağlam bir psixologiyaya sahib olmaq üçün əvvəlcə iş və şəxsi həyatı tarazlamaq lazımdır. “Gencaile.az”Aile.lent.az-a istinadən psixoloqların ruhi sağlamlığı qorunmağın yolları haqqında məsləhətlərini təqdim edir.

– Həyat şərtlərinizi, fəaliyyətinizi, danışıq tərzinizi, qəhvə içmək və ya yemək yemə kimi davranışlarınızı yavaşladın. Həyatı və zamanı qovmaq yerinə, asta hərəkət edərək indiki anın dadını çıxarın. Çünki günü mənalı edən o günü yaşamanızdır.

– Yeniliklərə açıq olun. Hər yeniliyin özünün çətin və asan tərəfləri ola biləcəyini unutmayın və bunlara qarşı hazırlıqlı olun. Qarşılaşacağınız çətinliklərin öhdəsindən gəlmək üçün daha əvvəlki illərdə buna bənzər çətinliklərin öhdəsindən necə gəldiyinizi yada salın.

– Daha əvvəlki illərdə qurduğunuz xəyallar reallaşmadığı üçün ümidinizi itirməyin. Xəyal qurmağa və istəməyə davam edin. Ancaq qurulan hər bir xəyalın arxasındakı xəyal qırıqlıqlarına da hazırlıqlı olun.

– Hər şeyin mükəmməlini etmək və mükəmməl bir həyat yoldaşı, ata, işçi və ya şagird olmaqdan çox, yaxşı dost, yaxşı ana, yaxşı işçi və ya sadəcə yaxşı bir şagird olmağa cəhd edin. “Yalnız yaxşı” olaraq özünüzə səhv etmə haqqı verə bilərsiniz.

– İstədiyiniz hər şeyin sizdə gizləndiyini unutmayın. Buna görə hər şeydən əvvəl özünüzə vaxt ayırın. Bol-bol gülümsəyin, özünüzü sevin, özünüzün fərqində olun və dəyərləndirin. Beləcə, ətrafınıza da daha çox zaman ayıra bilər, içdən gülümsəyə və ətrafınızdakılara sizi daha çox sevmə şansı verə və onlara da dəyər verə bilərsiniz.

– Özünüzlə təmas qurun. Nə düşündüyünüz və ya necə hiss etdiyiniz haqda fikirləşin. Özünüzlə fikri, romantik, fiziki təmas qurmadıqca insanlara və ya həyata toxunmaq sizin üçün çətin olacaq.

– Tarazlıqlar üzərində qurulan kainata və mövcudluğunuza hörmət göstərin. Balanslı bir həyat stressinizi azaldacaq. Yemək, yuxu və həyat nizamına diqqət edin. Hər şeyin çoxu və azı arasındakı tarazlığı öz ehtiyaclarınıza görə seçin.

– Gözləntilərinizi tarazlayın, hətta azaldın. Həyatdan, özünüzdən və ətrafınızdakılardan gözləntilərinizi təkrar gözdən keçirin. Şərtlərə uyğun olmayanları dəyişdirin.

– Kiçik və ya böyük uğurlarınız qarşısında özünüzü mükafatlandırın (səyahət etmək, yeni hobbilər əldə etmək kimi). Arada mütləq bir nəfəs alın və ictimai ətrafınıza zaman ayırın.

– Həyatı yalnız nəyəsə sahib olmaq üçün yaşamayın. Həyat sizlərə təqdim edilən bir haqdır və bu haqqı yalnız sahib olmaq üçün yaşamaq sizi bədbəxtliyə aparacaq. Buna görə “sahib olmaq” üçün deyil, “olmaq” üçün yaşayın. Yalnız “olmaq istədiyiniz adam” olun.

– Sevilmək üçün deyil, sevmənin verdiyi xoşbəxtliyi hiss etmək üçün sevin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir