makaron

İtalyansayağı dadlı makaron bişirməyin hiylələri

Baxış sayı: 1. 910

Sən də makaron “dəli”sisənsə bu kiçik məsləhətlər tam sənlikdir! Daha dadlı makaron bişirmək üçün bu məsləhətlərə ehtiyacın ola bilər:

– Makaronu qaynadarkən suyuna bir az kərə yağı və bir neçə damcı bitki yağı əlavə etsəniz makaronlar bir-birinə yapışmaz

– Su qaynadıqdan sonra makaronu suya əlavə etməmişdən qabaq suya bir az duz əlavə edin. Bu makaronunuzu daha dadlı edər. Əgər qaynamamış suya duz əlavə etsəniz su daha gec qaynayar.

– Qaynamış makaronu yağlamaq üçün makaronun içinə yağ əlavə edib 1-2 dəfə qazanda çevirin.

– Əgər makaron üçün hazırladığınız sous yağlıdırsa, makarona əlavə yağ tökməyə ehtiyac yoxdur.

– Makaron bişirmək üçün həmişə dərin qazanlara üstünlük verin. Bol suda qaynadın. Bu makaronun daha rahat qaynamasına şərait yaradacaq.

– Qaynama suyuna 1-2 incə doğranmış baş soğan, kök və tərəvəz əlavə etsəniz, daha dadlı makaron əldə etmiş olarsınız. (foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir