oglanlar

Hələ də subay olmağınızın 5 səbəbi

Baxış sayı: 1. 999

Tez-tez yeni biriləri ilə tanış olur, ancaq ilk görüşdən o tərəfə davam edə bilmirsiz. O zaman bu yazı tam sizə görədir.
lk görüşlərdən artıq bezib və uzun bir münasibət yaşamaq istəyirsiz. Həyatınızın sevgisinin sizi tapmaq zamanı gəldi, ancaq o, hələ də ortalarda yoxdur. Səbriniz tükənməyə başlayır və ümidinizi itirirsiz. Üzülməyin! Bunun yerinə hələ də subay olmanızın 5 səbəbini aydınlaşdırın və özünüzü dəyişdirin.
Əgər əsl sevgini heç tapa bilməyəcəyinizi düşünürsünüzsə, heç tapmayacaqsız da!
Siz məyus halda oturub sevgi sizi gəlib tapsın deyə gözləyərkən, bəlkə də o gəlib sizin yanınızdan keçib. Siz isə gözlərinizi zillədiyiniz o sabit nöqtədən başınızı qaldırmadığınız üçün fərqinə varmamısız. Həyatınızın sevgisini tapmaq üçün açıq fikirli olun. Siz istədiyiniz kimi birinin sizi heç vaxt tapmayacağını düşünürkən, fərqində olmadan sevilməyə layiq olmadığınızı hiss etmiş olacaqsız. Bayırda sizi çox sevəcək biri var. Gündəlik tutun və seviləcək cəhətlərinizi qeyd edin. Bu, özgüvəninizi artıracaq.
“Piş uşaq” sevgisindən qurtulun
Çox qadın onu üzən və onunla az maraqlanan kişni daha cazibədar hesab edir. “Qaçan qovalanır” misalı kimi. Amma sağlam bir münasibətinizin olmasını istəyirsizsə, bundan xilas olun. Görəcəksiz, daha xoşbəxt olacaqsız. Hər qadın fərqli xarakterli, gizli bir kişiylə birlikdə olmaq istəyər, ancaq çox təəssüf ki, bu kişilər münasibəti evliliyə kimi aparıb çıxarmır.
Sevgi kişini özünüzə bağlamanız demək deyil!
Çox qadın bir kişini sevərkən kişinin hər saniyəsini onunla birlikdə keçirməsini istəyər. Sevgilisi dostları ilə gəzməyə çıxarkən, ya yalnız başqa nəsə etmək istəyərkən mütləq bir problem çıxarırlar. Ancaq siz bu yanlışı etməyin! Sevgi və evlilik kişinin sizin dizinizin önündə oturması demək deyil. Onun da öz həyatının olmasına hörmət edin. Əks təqdirdə yenə tək qalacaqsız.
Zarafatlarınızdan bəzilərini sevgilinizə ayırın
nsan gün ərzində yaşadığı şeyləri dəfələrlə anlatmağa enerji tapmaz. Əgər siz sıxıntı, başınıza gələn gülməli hadisələri işdəki dostlarınızla paylaşsanız, evə gedərkən yoldaşınızla paylaşmağa bir şeyiniz qalmaz. Bu da münasibəti zədələyir. Çünki siz bütün sirr, sıxıntı və yaşadıqlarınızı dostlarınız, iş yoldaşlarınız, qonuşlarınızla paylaşarkən sevgilinizi duyğusal olaraq özünüzdən uzaqlaşdıraraq, onları yaxınlaşdırırsız. Ona həyatınızda nə qədər çox yer qaldığını və sizin üçün nə qədər önəmli olduğunu hiss etdirin.
İnadçı olmayın
Haqsız ikən haqlı olduğunuzu iddia etməyin. Mübahisə zamanı bir-birinizi dinləyin, yalnız öz bildiyinizi deməyin. Üzr istəməyi bacarın və hər zaman üzrü ondan gözləməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir