Raffaello zərif dadı ilə bütün xanımların əvəz olunmazıdır. Çoxları bu ləziz dadı özü hazırlamaq istəyir. Amma necə bunu bilmir. Ev şəraitində Raffaello hazırlamaq istəyirsiniz, əziz xanımlar? O zaman gəlin birlikdə hazırlayaq!
İçindəkilər:
Kokos qırıntısı – 125 qram
Qatılaşdırılmış süd – 200 qram
Kərə yağı – 25 qram
Vanil – 5 qram
İçlik üçün:
Qovrulmuş badam ləpəsi və ya qovrulmuş fındıq ləpəsi – 100 qram
Üzəri üçün:
Şokolad – 60 qram
Hazırlanması
Kərə yağı su buxarında əridilir, üzərinə qatılaşdırılmış süd, vanil, kokos qırıntısı əlavə edilib qarışdırılır əllə. Əlinizə gigenik olsun deyə əlcək geyinə bilərsiniz. Hazırlanmış kütlə soyuducuda 1 saat saxlanılır. Kütlədən kiçik küftələr düzəldilib, içərisinə ləpə qoyulub, bükülür.Küftəciklər kokos qırıntısına batırılıb yenidən soyuducuya qoyulur. Şokolad su buxarında əridilib, soyudulur. Əridilmiş şokolad qənnadı salafan torbaya yığılıb “raffaello”nun üzərinə müxtəlif bəzəklər vurulur. Bəzəkləri zövqə görə vurmaya də bilərsiniz.
Nuş olsun!
“Foxy.az”