KOFE

Südlü Nescafe necə hazırlanır?

Baxış sayı: 547

Günə bir fincan südlü kofe ilə başlamaq qədər gözəl bir dad yoxdur. Bəzilərimiz alınma südlü qəhvələrdən istifadə edirik və hər nə qədər də “coffee shop”larda olan kofelərin dadını verməsə də yetinməli oluruq. Amma özümüz də evdə o “coffee shop”larda hazırlanan südlü Nescafe-nin dadını verən kofe hazırlaya bilərik. Necə hazırlaya bilərik sualı yarandısa, “Gencaile.az”-ın  təqdim etdiyi resepti sadəcə yoxlamaq lazımdır.

Yumşaq dadı sevənlər Nescafe Gold və ya Jacobs Cronat Gold kimi markaların yaxşı üyüdülmüş qəhvələrindən istifadə edə bilərlər. Amma hansı dada malik qəhvəni sevirsənsə onda da istifadə edə bilərsən.

 

Hazır kofe necə düzəldilir?

Bunun üçün yarı-yarıya süd və su götürülür. Fincanın yarısına su, yarısına da süd əlavə edilir. Suyun istiliyi kofenin dadını müəyyən edən ən vacib faktordur. Əgər su çox isti olarsa kofeni yandırar və dadını qaçırdar. Su ilıq olduğu halda isə kofe həll olmaz və dadı acılaşar. Buna görə də suyun istiliyinə xüsusi diqqət vermək lazımdır. Bunun üçün də suyu qaynatdıqdan sonra onun bir az soyuması üçün təxminən 30 saniyə gözləmək lazımdır.

Ləzzətli kofenin püf nöqtələri

Südün də istiliyi su qədər çox vacibdir. Südün isti qalması üçün su qaynayanda çaydanın qapağını tərs tərəfinə çevirib yarıya qədər süd dolu kofe fincanını qapağın üstünə qoyuruq. Beləliklə, su qaynadıqca süd də isti qalır. Daha vacib püf nöqtəsi isə fincan otaq istiliyində olmalı və ya içinə isti su alıb çalxalamaq lazımdır. Su qaynadıldıqdan sonra 30 saniyə gözləyib sonra süd olan fncana əlavə edilir və qarışdırılır. İndi isə kofeni əlavə etmək vaxtıdır. Bu kofenin çox gözəl ətir verməsi üçün ən püf nöqtədir. Bir çay qaşığı Nescafe Gold-u südlü suyun olduğu kofe fincanına səpirsən. Qarışdırmırsan, sadəcə, səpirsən. Heç bir halda qarışdırmaq olmaz. O özü yavaş-yavaş südlə qarışacaq. Bu proses təxminən 1 dəqiqə davam edəcək.

Südlü kofe necə hazırlanır?

Kofenin həll olduğunu gördükdən sonra bir dəfə qaşıqla qarışdırmaq lazımdır. Budur, çox dadlı və çox gözəl ətirli südlü Nescafe-n hazırdır. Qeyd edək ki, kofe metabolizmanı sürətləndirərək kilo atmağa köməkçi olan super içkidir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir