et

Sağlamlıq üçün ətin yanında nə yeyilməli?

Baxış sayı: 2. 358

Ət demək olar ki, hər gün qida rasionumuzda yer alır. Xüsusilə də, biz azərbaycanlılar ətdən fərqli, şərq mətbəxinə aid gözəl yemək hazırlayırıqsa ət əvəzolunmazımızdır. Amma ət yeyərkən onun yanında xüsusi qidalar qəbul etmək lazımdır ki, sağlamlıq üçün faydalı olsun.  Bəs görəsən, ətin xeyirli olması üçün yeyərkən onun yanında hansı qidaları qəbul etmək lazımdır?

Mütəxəssislər ətin əla keyfiyyətli zülal mənbəyi olduğunu dəfələrlə qeyd ediblər. Eyni zamanda ətin tərkibindəki dəmir, B12 vitamini və sink insanın qidalanmasında çox vacib yer tutur.

Qırmızı ət portağal suyu kimi C vitamini ilə zəngin olan içkilərlə qəbul edildikdə ətdə olan faydalı elementlərin orqanizmdə mübadiləsini artırır. Buna görə də, mütəxəssislər ətlə mütləq bir stəkan portağal suyu içilməsini tövsiyə edirlər. Ətdə olan çox miqdarda amin turşularından tirozin və triptofanın metabolizması üçün də C vitamini çox vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir