Geydiyimiz geyimlər, istifadə etdiyimiz aksesuarlar ilə bəzən yaşımızı böyük göstərə bilirik. Amma onları yerində istifadə etsək yaşımızı olduğundan da az göstərmək mümkündür. Yaşınızı olduğundan daha böyük göstərəcək stil xətalarına yol verməmək üçün sizin üçün bəzi məsləhətlərimiz var.
Tüvit
Hər nə qədər də Chanel-in dizaynlarında nümunələri çox görsək də, tüvit dizayn nümunələri yaşımızı olduğundan daha da böyük göstərdiyi həqiqətini inkar etmir. Yaşınızı olduğundan böyük göstərmək istərmirsinizsə tüvit dizaynlar əvəzinə qaz ayağı dizaynlı pencəklərə üstünlük verə bilərsiniz.
Optik eynəklər
Optik eynəklər hər nə qədər də ehtiyacımız olan aksesuar olsa da, əslində bizi yaşımızdan böyük göstərir. Amma bu aksesuarları rəngli və əyləncəli dizaynlarla yaşımıza uyğun vəziyyətə gətirmək olar.
Jaketlər
Soyuq havalarda köməyimizə gələn jaketlər, sadəcə yaşımızı olduğundan böyük göstərməklə qalmır, eyni zamanda da bizi daha çəkili göstərir. Buna görə də, jaket əvəzinə nazik pencək tipli jaketlərə üstünlük verə bilərsiniz.
Səhv rəng seçimi
Səhv rəng seçimi bizi olduğumuzdan yaşlı göstərən nüanslardandır. Xüsusilə də, neon rənglərdən uzaq durmaq lazımdır. Çünki neon rənglər dəri rəngimizi əsas plana çıxarmağa mane olur. Daha çox modern kəsimlər və naxışlardan yararlanın.
Həddən artıq makiyaj
Gündəlik həyatda gecə xüsusi dəvətlərə qatılarkən etdiyiniz makiyajı etməməyinizdə fayda var. Çünki çox makiyaj yaşımızı olduğundan daha da böyük göstərir. (Foxy.az)