aile

Boşanmaq istəmirsinizsə, bu yazını OXUYUN

Baxış sayı: 1. 694

Uzun illər davam edən evliliklər və münasibətlər bir müddət sonra monotonlaşaraq cazibəsini itirir. Halbuki bir az fədakarlıq, bir az da diqqətlə yanaşsanız, münasibətlərinizi əvvəlki canlılığına qovuşdura bilərsiniz. “Gencaile.az”Aile.lent.az-a istinadən sizi ailəni monotonlaşmaqdan xilas edən bəzi ipucları ilə tanış edir.

Sağlam münasibət qurmaq

Münasibət dedikdə ağıla gələn ilk nəsnə danışmaq, söhbət etməkdir. Lakin ən güclü ünsiyyət qurma üsulu dinləməkdir. Həyat yoldaşınızı dinləməyi bacarsanız, aranızdakı ünsiyyət problemlərini də aşaraq, güclü ünsiyyət bacarıqları inkişaf etdirə bilərsiniz. Bununla yanaşı, ünsiyyət qurarkən qarşınızdakı adamı tənqid, mühakimə, lağ etmək, alçaltmaq qəti olmaz. Münasibət əsnasında müsbət və mənfi duyğularınızı ifadə etməkdən də çəkinməyin. Evlilikdə və ya uzun müddət davam edən münasibətdə fikir ayrılıqları və münaqişələr mütləq olacaq. Bu, qaçılmazdır. Əhəmiyyətli olan bu vəziyyətləri necə idarə etməyinizdir.

Birlikdə maraqlı zaman keçirmək

Romantik münasibəti gücləndirən təməl ünsürlərdən biri həyat yoldaşınızın, sevgilinizin ən yaxın dostu, rəfiqəsi ola bilməkdir. Bir çox mövzuda söhbət etmək, birlikdə gülə bilmək, lazım olduqda birlikdə kədərlənmək sağlam münasibət baxımından çox əhəmiyyətlidir. Ən az bunun qədər əhəmiyyətli olan başqa bir məqam da var: zamanı paylaşarkən “sərhəd”lərinizi qoruyun. Yəni bir-birinizlə nə çox yaxın, nə də çox uzaq qalmamaq şərtilə xoşbəxt zaman keçirməyə çalışın.

Bir-birinizə kompliment deyin

Hər gün bir-birinizə kompliment deməyi vərdiş halına gətirin. Hər gün həyat yoldaşınızın, sevgilinizin beş müsbət xüsusiyyətini xatırlayaraq, ona söyləyin. Münasibətinizin gündən-günə daha da gözəlləşdiyini fərq edəcəksiniz.

Ailə faktoruna diqqət

Bəzən cütlüklərdən biri həyat yoldaşının ailəsi ilə daha çox vaxt keçirməsindən, ailəsinin sözündən çıxmamasından, ailəsi ilə əlaqədar heç bir fikir eşitmək istəməməsindən şikayət edir. Müsəlman cəmiyyətində ailə vacibdir, ana, ata, qardaş, bacı və qohum-əqrəbaya lazım olan maraq, sevgi və hörməti hər zaman göstərmək məcburiyyətindəyik. Lakin unutmayın ki, artıq siz də bir ailəsiniz və öz ailənizə də diqqət göstərməli, xoşbəxt yaşamalısınız. Bunun fərqinə varın. Əgər ailənizdən qopa bilməmək, hələ də onların sözündən çıxmamaq kimi bir problem yaşayırsınızsa, mütəxəssisə müraciət edin.

Romantika mütləq olmalıdır

Boş vaxtlarınızda ikinizin birgə edəcəyiniz işlər münasibətlərinizi gücləndirəcək. Birlikdə kinoya getmək, romantik şam yeməyi, axşam ay işığı altında əl-ələ gəzmək və s. Həftə sonu bir neçə günlük qısa, romantik bir tətilə də çıxa bilərsiniz. Rəqs etmək, romantik bir film izləmək münasibətlərinizin sehrini aktivləşdirəcək. Bunlar üçün mütləq zaman ayırmalısınız.

Cinsi həyata diqqət edin

Gündəlik həyatda yaşanan stress, iş həyatında baş verən gərginliklər, uşaqların məsuliyyəti, psixoloji və ya fiziki problemlər cinsi həyatınıza təsir edir. Bu yaşanan problemlərin fərqində olmaq əhəmiyyətlidir. Problemlərdən qaçmaq yox, həll etmək lazımdır. Görməməzlikdən gəlmək, çox təəssüf ki, problemi həll etmir. Şüarınız bu olsun: “problemin deyil, həllin bir parçası olmalıyam”. Evliliyinizin stressiz və problemsiz olması, cinsi həyatınızı da rəngləndirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir