yataq otagi

Yataq otağınızı daha maraqlı edin – TÖVSİYƏ

Baxış sayı: 1. 669

Yataq otağı evli insanlar üçün çox vacib məkanlardan biridir. Cütlüklərin də birlikdə ən çox zaman keçirdikləri yer məhz yataq otağıdır. Yataq otağının cütlüklərin sağlam yuxu almasında rolu böyükdür. Həmçinin yataq oataqları evdə ən çox diqqət çəkən yerlərdən biridir. Otağınız böyükdürsə, onu maraqlı hala gətirmək imkanınız daha böyükdür. “Gencaile.az” Aile.lent.az-a istinadən bununla bağlı bəzi məsləhətlər təqdim edir.

Otağın rənginə uyğun olan kitab rəfi daha maraqlı edə bilər. Kitablarınızı və əşyalarınızı saxlaya biləcəyiniz kitab rəfi sizə çox lazım olacaq.

Yatağınız mebelinizin rənginə uyğun deyilsə, onun başlığını dəyişdirə bilərsiniz.

Həmçinin otaqdakı pərdələrin və yastıqların otaqla uyğunluğu çox vacibdir. Hamısının eyni rəngdə olması vacib deyil, əsas odur ki, uyğun olsunlar.

Otaqdakı güzgülər də vacib aksessuarlardan biridir. Makiyaj ləvazimatların əsas məkanı da məhz güzgünün rəfləridir. Çalışın güzgünün üstünü fərqli detallara bəzəyin, bu, daha maraqlı olacaq.

Yataq otağının ayrılmaz detallarından biri də lampalardır. Gözəl bir lampa otağınızı daha da işıqlandıracaq.

Otağa maraqlı və romantik tablolar da yerləşdirə bilərsiniz. Divar rəngində isə açıq rəngləri seçməlisiniz. Çünki günün yorğunluğunu bu otaqda atacaqsınız. Qırmızı rəng isə cütlüklər arasında gərginlik yaradır. Bu rəngdən qətiyyən istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir