depresiya

“Mövsümü depresiya” – Niyə bu qədər qapalıyıq?

Baxış sayı: 2. 033

Hava dəyişkənliyi səhhətimiz kimi psixologiyamıza da təsir edir. Bu, xüsusilə də özünü gənclər arasında özünəqapanma, cəmiyyətdən uzaqlaşma, depressiv hallar şəklində büruzə verir.

“Gencaile.az” saytı xəbər verir ki, mövzu ilə bağlı ATV.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, buna mövsümü depresiya adı verilir və daha çox payız və yaz aylarında müşahidə olunur:

“Mövsüm dəyişəndə əhval-ruhiyyədə də bəzi dəyişikliklər olur. İnsan bu aylarda daha həssas olur. Belə hallar payız ayında daha çox müşahidə olunur. Buna da səbəb havanın tez qaralması, soyuq olması və insanların bu səbəblə qapalı mühitdə daha çox vaxt keçirməsidir.

Metohəssas insanlar hava qaralanda özlərini piss hiss edir. Adətən, bu cür insanlar tək qalmağa üstünlük verirlər. Bu hal təqdir edilmir. Həmin insanların müvəqqəti özlərini narahat hiss etmələri normaldır. Yox, əgər bu, davamlı olarsa, mütləq proflaktik tədbirlər görülməli, psixoloq dəstəyi alınmalıdır.

Qarşısını necə almaq olar?

Bu cür insanlar depresiyaya keçməmək üçün öncədən qabaqlayıcı işlər görə bilərlər. Açıq havada daha çox vaxt keçirə bilər, zaman-zaman havanın tez qaralmasına adaptasiya ola bilərlər. Bir sözlə, aktivliyi artırmaq, doğmalarla daha çox vaxt keçirməklə bunun qarşısını almaq olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir