qadin

Üzünüzdəki “ölüm üçbucağı” – Kimlər təhlükədədir?

Baxış sayı: 1. 963

İnsanların çoxu üzlərində gördükləri hər sızanağı sıxır və partladır. Ancaq bunu üzünüzdəki “ölüm üçbucağı” adlanan bölgədə də tətbiq etsəniz, həyatınızı təhlükəyə atarsınız.

“Ölüm üçbucağı” ağız kənarlarından burun körpüsünə qədər olan bölgəni əhatə edir. Bu bölgədəki qan damarları başın arxa tərəfində beyinə aid əsas damarlarla birləşir. Burada yaranan hər hansı bir infeksiya baş ağrısına, görmə qabiliyyətinin itirilməsinə, iflicə, hətta ölümə səbəb ola bilir.

Burun və bığ bölgəsindəki qılları təmizləmək, bu bölgədəki sızanaq və civzələri sıxmaq sağlamlığı təhlükəyə atır. Eyni zamanda bu bölgəyə estetik müdaxilə etdirmək də olduqca təhlükəlidir.

Bu bölgədə bakteriyaların dəri altına keçib qana qarışmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır.

1. Burnunuzdakı qabıq verən bölgələri təmiz salfetlə təmizləyin.

2. Üzünüzdəki sızanaqları sıxmayın.

3. Üzünüzün bu bölgəsində baş verən kəsiklər, yaralar üçün dərhal tədbir görün.

4. Burun kənarlarınının quruyub yara olmaması üçün həmin bölgəyə vazelin çəkin.

5. Burun qıllarını dartaraq qoparmaq əvəzinə təmizləmək üçün xüsusi alətlərdən istifadə edin.

6. Üzünüzə pirsinq etdirməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir