usaq

Uşaqlar inam qazanmaq üçün yalan danışır?

Baxış sayı: 1. 469
 Uşaqların yalan danışması valideynləri ən çox narahat edən məqamdır. Amerika alimlərinin gəldiyi nəticəyə görə, yalan danışan uşağın mütləq yaşına baxılmalıdır. Əgər uşağın yaşı 5 yaşdan azdırsa, onun yalan danışmasındakı məqsəd qətiyyən aldatmaq deyil.
Kifayət qədər sevgi görməyən, gördüyü sevgidən razı qalmayan, diqqət və qayğıdan məhrum yaşayan uşaqlar nəzərləri özlərinə çəkmək üçün qəhrəmanlıq hekayələri uydururlar. Bu uşaqlar xəstələnmək və döyülmək bahasına olsa da hər çarəyə baş vurarlar. Dəcəllik edən və “yalan danışan” uşaqların məqsədi valideynlərini incitmək və ya əsəbləşdirmək deyil. Ancaq uşaq dəcəllik etməklə lazımi diqqət və qayğını əldə edə bilməzsə, sevildiyindən əmin olmazsa xarakterindəki davakarlıq duyğusu özünü daha qabarıq büruzə verməyə başlayar.  İbtidai və yuxarı siniflərdə oxuyan uşaqlarda ən çox müşahidə olunan yalan növlərindən biri də məhz inam qazanmaq üçün söylənilən “yalan”dır.
Əgər uşaq dərslərini yaxşı oxumadığına görə məktəbdə və evdə tənbehlənər, tənbəlliyi üzünə vurular və axmaq adlandırılarsa, bu, uşaqda sonradan müalicəsi çətin olan alçaldılma duyğusunun formalaşmasına səbəb olar. Uşaq özünün dəyərsiz, axmaq, heç bir iş bacarmayan biri olduğunu düşünməyə başlayar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir