kivi

Bu meyvələrin qabıqları da özləri qədər faydalıdır

Baxış sayı: 1. 722

Bəzi meyvələrin qabıqları hətta özlərindən də faydalıdır. Onların qabıqlarını soyanda yaxşı-yaxşı düşünün. Meyvə qabıqlarını saxlamadan əvvəl onların yaxşı yuyulmasına, üzərindəki dərmanın, mikrobların getdiyinə əmin olun. Bəs hansı meyvələrin qabıqları daha faydalıdır və nə üçün istifadə edə bilərik? Bu haqda bildiklərimizi sizinlə paylaşırıq.

Portağal qabığı

Portağalın qabığı mütləq saxlanmalı meyvə qabıqlarındandır. Qabığn tərkibindəki flavonoidlər dəriyə qulluq üçün təbii və çox təsirli vasitədir. Portağal qabığını dərinizə çəkərək qara nöqtələrdən və yağlı dəridən canınızı qurtara bilərsiniz. Həmçinin onu qabığını yemək də faydalıdır. Tərkibindəki asidlərə görə mədə və qaraciyərdəki narahatlığa yaxşı təsir edir. Portağalın qabığını quru və ya sulu şəkildə şirniyyatlara və mürəbbələrə qatmaq olar. Bu narıncı möcüzənin qabığını qaynadaraq eviniz üçün də təbii ətir hazırlaya bilərsiniz.

Banan qabığı

Mətbəxdə müxtəlif cür istifadə etdiyimiz banan qabığı çox miqdarda antioksidan, mineral və vitamin mənbəyidir. Onun qabığını sınaqların getməsi və yaraların sağalması üçün üzə çəkmək olur. Banan qabığının ən vacib xüsusiyyətlərindən biri təbii diş ağardıcı olmasıdır. Gündə iki dəfə qabığın ağ tərəfini dişlərinizə sürtərək iki həftədə ağappaq dişlərə sahib olacaqsınız. Eyni zamanda banan qabığı qaşıntılara da yaxşı təsir edir.

Alma qabığı

Almanın tərkibində olan lifin yarısı onun qabığındadır. Buna görə də almanın qabığı çox dəyərlidirdir və A, C vitaminləri ilə kalsium tərkiblidir. Almanın qabığını soyaraq yeyirsinizə bu zaman yeyəcəyiniz vitaminlərin çoxuğunu zibil qutusuna atmış olacaqsınız. Amma onu qabıqlı yesəniz sümüklərinizin də sağlam şəkildə inkişafına şərait yaratmış olacaqsınız. Həmçinin o antioksidan tərkiblidir. Dərini cavanlaşdırır, tənəffüs problemlərinin aradan qaldırlmasında köməkçi olur və yaddaşı gücləndirir.

Kivi qabığı

Kivi əsasən qabığı soyularaq yeyilın bir meyvədir. Amma onun tüklü qabığı ətli hissəsindən daha faydalıdır. Bol miqdarda C vitamini ilə zəngindir. Flavonoid baxımından da zəngin olan kivi antioksidan tərkibə də malikdir. Əgər tüklü hissəsindən narahat olursunuzsa onun qabığını bir az siyirib almaq kimi dişləyib yeyə bilərsiniz. Onu üzə çəksəniz dərinin çalarını düzəldir, sızanaqları isə məhv edir. Kivinin qabıqlarından dəri üçün maskalar və pilinqlər hazırlaya bilərsiniz. Həm də kivinin qabıqlarını smuzilərin də içinə atıb içə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir