magnolia

“Magnolia puding”i necə hazırlamalı?

Baxış sayı: 2. 421

Pudinqi sevməyən yəqin ki, çox az adam var. Xəfif, dondurmanı xatırladan daddan kim imtina edə bilərki? Təbii ki, heç kim! Deməli, “Magnolia Puding”in necə hazırlanması haqda məlumat almaq maraqlı olardı. Beləliklə, “Gencaile.az” Foxy.az-a istinadən dadmaqdan imtina etməyəcəyiniz fərqli ləzzəti təqdim edir.

İçindəkilər

Süd – 1 litr

Şəkər – 1 stəkan

Un – 2 xörək qaşığı

Nişasta – 3 xörək qaşığı

Yumurta sarısı – 2 ədəd

Vanil – 1 paket

Krem – 200 qram

Sadə biskivit – 1 paket

Çiyələk və ya banan

Hazırlanması

Süd böyük bir qazana əlavə edilir. Üzərinə şəkər, nişasta, un və yumurta sarıları əlavə edilərək qarışdırılır. Ocağa qoyulur. Orta dərəcədə dayanmadan qatılaşana qədər qarışdırılır və bişirilir. Sonra soyumağa qoyulur. Soyumuş pudinqə vanili, kremi ( krem marketlərdə satılan süd kremi ola bilər. ondan almaq mümükün deyilsə, evdə özünüz də sadə krem hazırlaya bilərsiniz) əlavə edib qarışdırıb, yenidən soyumağa qoyuruq. Biskiviti ( cici bebe də ola bilər) blenderden keçirdib toz halına salmaq gərəkdir. Çiyələkləri yuyub, qurulayın və uzunsov halda doğrayın. Bananları isə yumuru halda doğrayın. Qabların alt hissəsinə 1-2 xörək qaşığı biskivit tozu qoyun. Sonra qabların yanına uzunsov doğranmış çiyələklərdən düzün. Biskivitin üzərinə 2-3 qaşıq pudinq əlavə edin. Onun da üzərinə banan dilimləri yığın. Aralarına sürtgəcdən keçirilmiş şokolad da əlavə edə bilərsiniz. Yenidən biskivit əlavə edirik və proses  təkrarlanır. Üzərini isə 1 qaşıq biskivit tozu, 1-2 dilim doğranmış çiyələk və şokoladla zövqə görə dizayn etmək olar.  Və pudinqlərimizi soyuducuda bir az saxladıqdan sonra süfrəyə verə bilərik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir