Evliliyin uzun ömürlü olması üçün ailə qurmaq yaşının düzgün seçilməsi mütləqdir. Bəs evlənmək üçün ən uyğun yaş hansıdır?
Mütəxəssislər aparılan araşdırmalar nəticəsində 28-32 yaş arası olan dövrün ideal evlilik yaşı olduğunu müəyyənləşdiriblər.
“Tez evlənən peşiman olmaz” deyimi ilə qətiyyən razılaşmayan mütəxəssislər, müəyyən olunmuş yaşdan əvvəl qurulan ailələrin dağılma ehtimallarının daha çox olduğunu vurğulayırlar. Buna səbəb gənclərin maddi cəhətdən çətinlik çəkməsi, iş məsələsində qeyri-müəyyənlik yaşamaları və ailələri tərəfindən daha çox sıxışdırılmalarıdır. Mütəxəssislər eyni zamanda 35 yaşdan sonrakı evliliyi də təhlükəli sayırlar. Onların sözlərinə görə, bu yaş qrupunda olan insanların evliliyə adaptasiya olmaları daha çətin olur.
Təbii ki, araşdırmanın nəticəsi tez və ya gec bir zamanda evlənənin boşanacağı anlamına gəlmir. Lakin ümümi düşüncənin bu fikirdə olduğunu bilməkdə fayda var.