pehriz

İdeal çəkiyə çatmaq üçün 8 VACİB ŞƏRT

Baxış sayı: 1. 476

İdeal çəkiyə çatmaq və həmin çəkini qoruyub saxlamaq asan deyil. “Gencaile.az”Aile.lent.az-a istinadən bununla bağlı mütəxəssis tövsiyələrini təqdim edir.

1. Çoxlu su için

Kartof çipsi yeyib sonra peşman olmaqdansa əvvəl bir stəkan su için. İnsanlar bəzən aclıq duyğusu ilə susuzluq ehtiyacını qarışdırdıqları üçün lazımsız qidalar yeyirlər. Bunun əvəzinə bir stəkan soyuq su içməyə cəhd edin. Unutmayın ki, su artıq çəkinin yandırılmasına dəstək olur. Bununla yanaşı, içdiyiniz suyun içərisinə alma, xiyar, göyərti, qərənfil və darçın əlavə edə bilərsiniz.

2. Gecə yediyinizə fikir verin

Gün ərzində ən məntiqsiz qida seçimlərini evə gəlib oturub dincəldiyimiz zaman edirik. Xüsusilə axşam yeməkdən sonra kor-koranə qida yeyən çox adam var. Bunun qarşısını almağın ən sadə yolu təxminən 100 kalorilik ara pay seçməkdir. Məsələn, yarım su stəkanı yağsız dondurma kimi. Müəyyən bir saatdan sonra mətbəxin qapısını bağlamağı unutmayın.

3. Ən sevdiyiniz yeməklər

Həyatda bir çox mövzuda seçici olan bizlər yemək mövzusunda seçicilik etmədən hər qidanı yeyə bilərik. Bütün qidaları yemək əvəzinə sevdiyiniz qidaları daha ön planda tutaraq qidalanma proqramı tətbiq edə bilərsiniz. Sevdiyiniz peçenyeni bir paket və ya kilo ilə almaqdansa bir ədəd alın. Sevdiyiniz qidanı əlinizin altında davamlı saxlamanız da riskdir.

4. Gün ərzində az, amma müxtəlif qidalar yeyin

Məqsədiniz çəki azaltmaqdırsa, gündəlik aldığınız çəkinin miqdarını azaltmalısınız. Ac olduqda daha aşağı kalorili qidalara üstünlük verin. Aparılan araşdırmalar sübut edib ki, gündə 4-5 pay yeyən insanların iştah idarəsi və kilo itkisi daha yaxşı olur. Gün ərzində yeməklərin və ya qəlyanaltıların bölünməsi yeməkdən aldığınız kefi də artıracaq.

5. Hər öyündə zülal yeyin

Zülal həm karbohidratlara, həm də yağlara nisbətən daha uzun müddət toxluq hissi yaradır. Eyni zamanda, yağ yandırılmasını sürətləndirən zülal əzələ kütləsinin də qorunmasına kömək olur. Qısası, ana yeməklər və qəlyanaltılar üçün dəniz məhsulları, ət, yumurta, qatıq, pendir, soya, fındıq və ya quru paxlalılar kimi sağlam zülalları seçin.

6. Yeməklərə ədviyyatlarla rəng qatın

Bütün dünyada ədviyyatlar yeməklərdə istifadə olunur. Əgər özünüzə fərqli yeməklər hazırlamaq və dad qatmaq istəyirsinizsə, yeməklərinizi ədviyyatlarla zənginləşdirin. Dadlı yemək daha az qida yeməyinizi təmin edəcək. Bununla yanaşı, şirniyyat sevən insanların ədviyyatlı şirniyyat yemələri şirinə olan meyli azaldacaq.

7.  Lifli qidalara laqeyd yanaşmayın

Qəbizlik probleminiz varsa, çəki azaltmağınız işgəncəyə dönə bilər. Çünki işləməyən bir bağırsaq sistemi həyat keyfiyyətinizi aşağı salan başlıca faktordur. Bu çətinliyi yaşamamaq üçün lifli qidaları süfrənizdən əskik etməyin. Lifli qidalar qəbizliyin qarşısını almaqla yanaşı xolesterolu da aşağı salar. Təxminən 1000 kaloriyə 14 qram lif qəbul olunmalıdır.

Kişilər 38 qram, qadınlar 25 qram lif qəbul etməlidirlər. Bu miqdarə almaq üçün gün ərzində qidalanma proqramınızda salat, paxlalılar, çərəzlər və meyvələrə üstünlük verin.

8. Yavaş-yavaş arıqlayın

Əgər sürətlə arıqlamağa çalışırsınızsa, ömrünüzün sonuna qədər çəki probleminiz olacaq. Çünki çəkinin qalıcılığı üçün yavaş-yavaş arıqlamaq lazımdır. Əgər ay ərzində  bədən ağırlığınızın 5-10 faizi arasında çəki itirirsə, bu, sizin müvəffəqiyyətinizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir