YAG

İllərin əfsanəsi yalan çıxdı – heyvan mənşəli yağlar faydalı imiş – ARAŞDIRMA

Baxış sayı: 1. 510

Bu günlərdə ən çox dartışılan mövzulardan biri də insan sağlamlığı üçün faydalı olan qidalarla bağlıdır. Daha çox hansı yağın faydalı olması müasir insanları maraqlandırır. Bitki yağı, ya heyvan mənşəli, kərə yağı insan orqanizmi üçün daha çox faydalıdır?

Son araşdırmalara görə, qoyun piyi heyvan mənşəli yağların içində ən təbii, ən ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Xüsusən hormonal fon üçün əvəzsizdir. Kişilərdə cinsi, qadınlarda doğuma cavabdeh olan hormonları aktivləşdirir. Mütəxəssislər həyəcan təbili döyür ki, insan orqanizmi heyvan mənşəli yağ və piylərin qəbulundan tam imtina edərsə, yəni yalnız bitki yağları ilə qidalanarsa, vegeterianlığı seçərsə, bu kişilər üçün impotensiya, qadınlarda isə sonsuzluqla nəticələnə bilər.
 
Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq verir. Əridilmiş quyruq yağı həm dəri üçün də cavanlıq mənbəyidir. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Ona görə bitki yağında bişmiş bir neçə boşqab yeməyi yeyib doymamaq, çox yemək və kökəlməkdənsə, elə bir tikə quyruq yağında bişmiş az qida qəbulu daha düzgün olar.
Tərkibində A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, qocalana kimi yaddaşı, görməni iti saxlayır, immuniteti möhkəmlədir. Bu da dədə-babalarımızın 90 yaşın da belə yaxşı görməsinin səbəbi…
 
100 qr. quyruq yağında 50% yağ turşusu, Omeqa 9 vardır ki, bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Quyruq yağının soyuqdəymədə, yanıqlarda, bronxitdə, kürək bel ağrılarında xaricə dəriyə çəkilməsinin faydalarını da yaddan çıxarmaq olmaz.
Daha bir gerçəklik isə odur ki, xolesterinlə mübarizə heç də dünyada ürək-damar xəstəliklərinin və aterosklerozun azalmasına səbəb olmur. Ənənəvi fransız mətbəxində xolesterinlə zəngin olan qidalar böyük yer tutur. Fransızlar əksər qidalara kərə yağı və yağlı qaymaq əlavə edirlər. Lakin buna baxmayaraq fransızlarda ürək-damar sistemi xəstəlikləri və piylənmə bitki yağları və marqarinə üstünlük verən ABŞ ilə müqayisədə dəfələrlə azdır.
Kərə yağı ən faydalı qida məhsullarından biridir. Bu məhsulu hər bir insan hər gün qəbul etməlidir. Kərə yağının tərkibində bir çox əvəzsiz vitaminlər (A, D, E, C, B, K), kalsium, kalium, fosfor, yağlı turşular və aminturşular var.
Kərə yağının tərkibində müəyyən miqdarda xolesterin də var. Lakin xolesterin heç də insan orqanizminin “düşməni” deyil (təbii ki, orqanizmə normal miqdarda daxil olduqda). Əksinə, xolesterin insan orqanizminin bir çox sistemlərinin normal fəaliyyəti üçün çox vacibdir.
Ənənəvi kərə yağının yağlılığı 82,5% təşkil edir. Əgər yağın qablaşdırılmasında digər rəqəmlər (daha aşağı faiz) göstərilibsə, bu o deməkdir ki, bu məhsul təbii kərə yağı deyil. Kərə yağı öz faydalı xüsusiyyətlərini folqadan olan bağlamada daha yaxşı saxlayır. Bu səbəbdən belə bağlamalarda olan kərə yağına üstünlük verin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir