?????????????????????????????

Uşaqlarda özgüvəni necə yaratmalı?

Baxış sayı: 2. 206

Özgüvən duyğusu şəxsiyyətin təməlidir. Belə ki, uşağı böyüdərkən ən vacib məsələlərdən biri ona özgüvən hissini qazandırmaqdır. Ana-ata uşağa dəstək olub yardım edər və hər inkişaf mərhələsinə diqqətli yana-şarsa, uşağın özgüvəninin inkişaf etməsinə yardımçı olarlar. Sevgi dolu yetişdirilən bir uşaqla az sevgi görən uşağın özünə dəyər vermə hissi fərqlidir. Övladınızın cəmiyyət içində özünü rahat ifadə etməsini, haqqı-nı tələb etməyi öyrənməsini istəyirsinizsə, ona özgüvən qazandırmalısı-nız. Uşaq təxminən 1 yaşından etibarən özünün bir fərd olduğunu kəşf edər, özünü tanımağa başlayar, həm özünə, həm də çevrəsinə güvənməyi öyrə-nər. Əgər ana övladının ehtiyaclarına qarşı ehtiyaclarına qarşı diqqətli olarsa, uşaqda hüzur və güvən duyğusu; əks halda isə hüzursuzluq və güvənsizlik duyğusu yaranar. Uşaqda özgüvən əskikliyi necə anlaşılar ? * Əgər bir uşaq; düşüncə və duyğularını ifadə edə bilmirsə, * Məsuliyyət almaq istəmirsə, * Hüzursuz və ürkəkdirsə, * Qərar verə bilmirsə və ya tez-tez qərarsız qalırsa, * Güvəndiyi insanlardan ayrıla bilmirsə, * Yeni şəraitə uyğunlaşmaqda, yeni insanlarla münasibət qurmaqda çətinlik çəkirsə, * Hər məsələdə özgüvənli olduğunu sübut etməyə çalışırsa, uşağın davranışları müşahidə edilməli və lazım gələrsə, bir mütəxəssisdən məs-ləhət alınmalıdır. Uşaqda özgüvən əskikliyi nələrə yol aça bilər ? – Sosial münasibətlərdə aktiv ola bilməz, – Stresli hadisələr qarşısında ayaqda qalmaq və mübarizə aparmaq gücü zəifləyər, – Akademik bacarığını ortaya qoya bilməz, – Risk almaz və bütün həyatı boyunca aşırı dərəcədə təmkinli olma ehti-yacı hiss edər. Uşağın özgüvənini necə inkişaf etdirmək olar ?

* Şərtsiz sevin.

* Ona güvənin. Məsuliyyət alıb uğur hissini qazanmasına yardımçı olun.

* Onun anlatdıqlarını diqqətli dinləyin və bunun üçün zaman ayırın. Onu göz təması quraraq dinləyin.

* Sərhədlər qoyun. Bəzi qadağalar qoymağınız gərəkəcək. Qərarlı və açıq şəkildə xəbərdarlıq edin. Onun doğru davranacağına güvəndiyinizi hiss et-dirin.

* Sərhədli risk almasını dəstəkləyin. Uşağınızın fərqli yeməkləri dadmaq, yeni dost qazanmaq, velosiped sürmək kimi fərqli sınaqlar etməsini dəstək-ləyin.

* Səhvlərə keçid sərbəstliyi. Risk almağa başlayanda təbii ki səhvlər də olacaq. Səhvlərini bağışlamağınız övladınızın öz xətaları ilə daha asan mü-barizə aparmasına səbəb olacaqdır.

* Pozitivi yüksəltmək. Onun yaxşı bacardığı şeyləri tərifləməyiniz kifayət-dir.

* Müqayisə etməkdən çəkinin. ” Niyə bacın kimi sakit olmursan ? ” , ” Ni-yə Orxan kimi çalışmırsan ? ” kimi nümunələr uşağınıza bacarıqsız olduğu şeyləri xatırladacaq, utanc hissi, qısqanclıq kimi hislərlə dolub-daşacaq.

* Seçici olun, hər şeyi qəbul etməyin, hər şeyi bəyənməyin.

* Empatiya. Övladınız özünü başqaları və ya bacı-qardaşı ilə müqayisə et-diyi zaman ona yaxınlıq göstərin və üstün cəhətlərini tərifləyin.

* Cəsarət verin. Cəsarət vermək irəliləməyi təqdir etməkdir. Tərifləmək ilə cəsarətləndirmək arasında fərq vardır. Birincisi, görülən işi mükafatlandırar-kən, ikincisi, şəxsiyyəti mükafatlandırır.

Uşaqlar gələcəyə göndərdiyimiz mesajlardır. Gələcəyə yaxşı mesajlar ötürmək istəyirsinizsə, onları özgüvənli yetişdirin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir