aglayan aglayan usaq

Uşaq niyə ağlayır? – ANALAR OXUSUN!

Baxış sayı: 1. 852

İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar. Bu o qədər də çətin deyil, çünki ana körpəsinin verdiyi siqnalları başa düşmək məharətinə malikdir. Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.

Əvvəllər bizi əmin edirdilər ki, uşağın hər dəfə ağlamasına, özünü «pis aparmasına» fikir vermək vacib deyil. Ancaq yeni doğulmuş özünü «pis apara» bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.

Ağlamasına məhəl qoyulmayan uşaq «yaxşı» uşağa çevrilmir, o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir. Lakin problem həll olunmamış qalır. Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə vasitəsidir. Valideynlər! Körpənizin ağlamasına biganə qalmayın. Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə, uşaq niyə ağlayır?

– əgər o acdırsa – şiddətli ağlamağa keçən qəfləti qışqırıq. Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə, körpəni yedizdirmək lazımdır. Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür;

– əgər qarnı ağrıyırsa – qısamüddətli hündürdən qışqırırlar. Bu zaman o, ayaqlarını döyəcləyir, gözlərini yumub, alnını qırışdırır. Uşağı ələ götürmək lazımdır ki, gəyirsin. Ona şüyüd suyu və ya yelə qarşı başqa bir dərman verin və qarnı üstə uzandırın. Əgər bu kömək etmirsə, bağırsaq yelini çıxarmaq üçün arxa dəliyə rektal rezin borucuq yeridin;

– uşağa soyuqdursa və ya istidirsə – əsasən həyatın ilk 3 ayında zəif termorequlyasiya nəticəsində o ya üşüyür, ya da ona çox isti olur. Bu zaman şəraitə uyğun hərəkət edin;

– əgər uşaq darıxırsa – ağlamaqla öz narazılığını bildirir, bəzən də var gücü ilə qışqırır. Onu çox ağlamağa qoymayın. Körpəni mehribancasına oxşayın, oyuncaqla başını qatın və ya onu elə uzadın ki, anasını görə bilsin.

Əgər sizin bütün səylərinizə baxmayaraq uşaq ağlamağa davam edərsə, deməli, o xəstədir və həkim çağırmaq lazımdır. Ana özündən çıxmamalı və ağlayan uşağa hirslənməməlidir.

Körpə yalandan ağlamağı bacarmır, deməli, bunun səbəbi var. Uşaq ananın hövsələdən çıxdığını və ya aqressiyasını hiss edir və bu onun sakitləşməsinə daha da mane olur




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir