gelin

Qadın özü ilə evləndi – FOTOLAR

Baxış sayı: 2. 107

İndi Estoniyada hamı “özümdən çox məni heç kim sevə bilməz deyən və özü ilə evlənən xanımdan danışır. “Gencaile.az” xəbər verir ki, bu ölkədə yaşayan Kristall Ra Laksim adlı xanım toyu ilə diqqət mərkəzinə düşüb.

Estoniyalı xanımın sözlərinə görə, onu özü kimi heç kimin sevməyəcəyini  anlayaraq, elə özü ilə də evlənmək qərarına gəlib.

Kristall Ra Laksim bu yolla daxilində olan kişi və qadını qovuşdurduğunu da qeyd edib:

“Daxilimdə olan kişinin adı Ra, qadının adı isə Kristaldır. Onların birləşməsinə şərait yaratdım”.

Məlumat üçün bildirək ki, estoniyalı özü ilə evlənən ilk xanım deyil. ABŞ, Yaponiya və Böyük Britaniyada da bu cür toyla diqqət mərkəzinə düşən qadınlar var. Onlardan bəziləri kişilərə güvən olmadığı üçün, bəziləri isə ağ atlı şahzadələrini gözləməkdən yorulduqları üçün bu cür addım atdıqlarını etiraf ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir