is

İstədiyinizi əldə etmək üçün 6 addım

Baxış sayı: 1. 772

Nədənsə özümüzü hər istədiyimizi əldə edə bilməyəcəyimizə inandırmışıq. Bu düşüncəni mənimsəmiş olsaq da, ətrafımızda ağlına qoyduğu hər şeyi edən, istədiyini əldə edən bir çox insan var. Bəs bunu necə edirlər? Hüquqşünaslar kimi insanları asanlıqla razılığa gətirə bilən və adətən, istədiklərini əldə etməyi bilən insanların vərdişlərinə nəzər salaq.

Konkret danışmaq!
İnsanlar hələ zehin oxumağı kəşf edə bilmədiyi üçün ağlınızdan nə keçirsə, konkret şəkildə deməlisiniz. Konkret olaraq ifadə edə bilmədiyiniz şeylərin həyata keçməsini gözləmək elə də məntiqli deyil. Öz ehtiyaclarınızı müəyyən edib, istəklərinizi açıq şəkildə dilə gətirmək üçün əvvəlcə özünüzə güvənməlisiniz. Dəqiq ifadələrlə nə istədiyinizi bildirdikdə qarşınızdakı insanları razı salmağınız və istədiyiniz şeyi almağınız asanlaşacaq.

Başqasının sizin fikrinizi kəşf etməsinə icazə verin!
Əgər razı salmağın çətin olduğu biri ilə qarşı-qarşıyasınızsa, öz fikrinizi birbaşa demək yerinə, söhbəti açıb danışdığınız insanın sizin düşüncələrinizi mənimsəməsinə çalışın. Adətən, insanlara yeni bir fikir təqdim etdikdə ilk reaksiya qarşı çıxmaq olur. Ancaq insanların o fikri öz-özlərinə kəşf etməsinə icazə versəniz, qarşınızda heç bir əngəl qalmaz. “Bunun haqqında nə düşünürsən?”, “Ağlındakı həll yolu nədir?” kimi cümlələrlə müzakirələri istiqamətləndirib istədiyiniz nöqtədə dayana bilərsiniz.

İşlətdiyiniz sözlərə diqqət edin!
İstədiyiniz şeyi əldə etməyə çalışarkən istifadə etdiyiniz sözlərə diqqət edin. Ağlımız müəyyən bir mövzu üzərinə fokuslandığı üçün müzakirə zamanı qarşımızdakı insana qarşı kobud sözlər deyə bilirik. Ünsiyyət həm sözlərlə, həm də sözlər olmadan qurula bilən bir şeydir. Başqalarının sizin fikrinizə qoşulmasını istəyirsinizsə, özlərini müdafiə etməyə başlamasını istəməzsiniz. Elə buna görə də mimikalarınıza və seçdiyiniz sözlərə diqqət etməlisiniz.

Münasibətlərinizə əhəmiyyət verin
Ofisdəki ən çalışqan insan siz olsanız da, heç kəslə kəlmə kəsmədən bir küncə çəkilirsinizsə, istədiklərinizi başqalarına qəbul etdirməyiniz bir az çətin ola bilər. İş yoldaşlarınızı, müdirinizi və ətrafınızdakı insanları yaxından tanımalı və necə rəftar edəcəklərini təxmin etməlisiniz. Həmçinin insanların tanıdıqları insanların fikirlərinə etibar etdiyi də sübut olunmuş bir həqiqətdir.

Kömək istəyin
Səbəbini bilməsək də, bizlər çətinlik çəkdiyimiz mövzularda kömək istəməkdən çəkinirik. Ancaq kömək almaq işlərimizi xeyli asanlaşdıra bilər. Başqalarından kömək istəməyin sizi gücsüz göstərəcək bir şey olmadığını anlamalısınız. Öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz hər problemi başqalarından gələcək kiçik bir dəstək ilə həll edə bilərsiniz.

Deyilənlərə qulaq asın!
Danışarkən dinlədiyinizi zənn edirsiniz, amma əslində ürəyinizdə danışmaq üçün sizin sıranızın gəlməsini gözləyirsiniz. Təkcə öz düşüncələrinizi ifadə etmək üçün sıranızı gözləyirsinizsə, deməli sizə köməkçi olacaq vacib nöqtələri qaçırırsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir