is

İş görüşməsinə gedəndə müdirin xoşuna gəlmək üçün nə etməli?

Baxış sayı: 1. 660

İş görüşməsinə gedirsiniz?  Qəbul olmağı, davranışınızla və bacarığınızla müdirin xoşuna gəlmək istəyirsiniz? Bəs buna necə nail olmaq mümkündür? İlk növbədə diqqət cəlb etməyə çalışmayın, sanki ziyafətə gedirmiş kimi geyinməyin. Makiyaj maksimum sadə olsun. Bütün bunlar öz yerində. Əsas məsələ gedəcəyiniz şirkət haqqında məlumatlı olmağa çalışın. Belə olan halda söhbət etmək və təəssürat yaratmaq daha asandır.

Müsahibəyə gedərkən ilk növbədə salamlaşmağa da fikir verin. Çox zəif olmayan səslə özünə inamlı şəkildə salamlaşın. Bu məqamda əl verib görüşmək işgüzar danışıqlar üçün yaxşı başlanğıcdır.

is gorusmesi

Sual verilərkən suallara diqqətlə qulaq asın, dərhal, tələsərək cavab verməyin, ürəyinizdə 3-ə kimi sayın və sonra sualları dolğun şəkildə cavablandırın. Bu hal həyəcanını yox etməklə yanaşı, sizi sakitləşdirəcək, təmkinli və fərasətli olduğunuz mesajini qarşı tərəfə ötürəcək. Əgər sıxılır, özünüzü narahat hiss edirsənsə, dərindən nəfəs alın və qarşındakı insanı dostunuz kimi hesab edin. Bu zaman bütün işləriniz yaxşı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir