9903

Məşhur şəxsiyyətlərin sevgi macəraları

Baxış sayı: 2. 204

Roma imperatoru Kaliqula eşqbazlığı ilə ad çıxarıb. O dördayaqlı dostu-ata qarşı xüsusi sevgisiylə də tanınıb. Yox, heç kəs onun  zoofil olduğunu düşünmürdü, ancaq  imperatorun  ata  olan məhəbbəti  dördayaqlı heyvanı Senata gətirib çıxarmışdı. Kaliqulanın atdan çox sevdiyi yeganə insan isə ana bir, ata ayrı bacısı olub.

15-ci Lüdovik sevgi macəralarına görə  bütün digər fransız  monarxları, o cümlədən  Günəş Kralı kimi tanınan 14-cü Lüdoviki də geridə qoyub. Onun məşhur məşuqəsi madam markiza de Pompadur  son dərəcə əxlaqsız  qadın olsa da qısqanc deyildi. Buna görə da əlahəzrət kral markiza de Pompadurdan əlavə digər çoxsaylı məşuqələri üçün xüsusi park yaratmağa da özündə  cəsarət  tapmışdı. Kralı əyləndirən bu gözəlçələr parkda ayrı-ayrı evlərdə yaşayırdılar.

Sirr deyil ki, sevgi məsələlərində ən uğurlu və ən məşhur  şəxs Cakomo Kazanova hesab olunur. Onun şöhrəti hamını kölgədə qoyub. Möhtəşəm, bacarıqlı və sevməyi bacaran – onun haqqında təəssüratlar belə idi. Baxmayaraq ki, qadın cinsinin bütün nümayəndələri onun üçün əldən-ayaqdan gedirdilər, amma mister Kazanova dünyadan kasıb və dilənçi vəziyyətində, ən əsası isə  tənhalıqda köçüb  – bu da onun məhəbbətinin əvəzi.

Markiz de Sad tarixdə təsvir olunduğu kimi qaniçən olmayıb. Amma onun praktikasında sadizm olub. Qamçıyla döymə, qabarböcəyi yedirmə kimi qəddarlıqların əsasını məhz o qoyub və bunlara görə də psixi xəstəxanalar, eləcə də demək olar ki, Fransanın bütün həbsxanalarında yatıb. Məhz bu xəstəxana və həbsxanalarda Markiz de Sad çoxsaylı  romanlarını yazıb.  Bu romanları yalnız 21 yaşdan sonra oxumaq tövsiyə olunur.

Birinci Pyotr sevgi macəralarında kəmiyyətə elə də önəm verməyib. O cənublu qadınlardan mümkün qədər uzaq qaçmağa çalışırdı. Amma avropalı, xüsusilə də alman əsilli xanımlara qarşı isə biganə deyildi. Birinci Pyotr  son dərəcə qısqanc  biri olub. Onun sifilis olduğu, hətta məhz bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal edilir. Baxmayaraq ki, rəsmi məlumatlarda hökmdarın Neva çayının buzlu suyunda  çimdikdən sonra soyuqlama nəticəsində öldüyü bildirilir.

Lavrenti Beriyanın sevgi tarixçəsi isə bir qədər fərqlidir. O daha çox zorakılıqları ilə ad çıxarıb. Bu məsələdə onun tayı-bərabəri olmayıb. Qadınların onunla yatağa sevgidən, yoxsa qorxudan girdiklərini söyləmək çətindir. Beriyanın sevgi əyləncələri üçün qadınları bunun üçün xüsusi öyrədilmiş adamlar seçirdilər. Onlar avtomobillərlə dolaşır və ətrafı gözdən keçirirdilər, uyğun qadınları gördükdə onu zorla maşına mindirib qaçırırdılar. Belə insanın taleyini də əməllərinə adekvat hesab etmək olar. Gözəl günlərin birində onu güllələyiblər.

Cimmi Hendriks  bütün məşhur qadın düşkünlərini geridə qoyub. Onun məşuqələri siyahısında min, hətta bəzi məlumatlara görə  2 mindən artıq qadının adı var. Maraqlıdır ki, bu boyda siyahı onun 28 illik ömründə yaranıb.

Çarli Çaplin gənc, yeniyetmə qızlara xüsusi maraq göstərib. Bu mərəzinə görə Çaplin ətrafdakılar tərəfindən hər zaman qınaq obyekti olub.

Sevgi məsələsində Salvador Dalini uğursuz  adam hesab etmək olar.  O gizli homoseksualizmdən əlavə, autoerotizmdən əziyyət çəkib. Yəni özünə istəkdən alışıb yanıb, təbii ki, gizli şəkildə. Bunu rəssamın əsərlərindən də görmək mümkündür. Amma bu hələ bədbəxtçiliyin hamısı deyil. Onun həyat yoldaşına da normal insan demək olmaz. O da trualizmdən əziyyət çəkib. Yəni üçlükdə seks və onun bütün təzahürlərinin həvəskarı olub.

Məşhur yazıçı, “Qırmızı və Qara” kimi böyük əsər yaratmış Stendal onu sevmədiklərinə görə qadınlara qarşı dərin nifrət bəsləyib. O qadınlardan qisasını əsərlərini  oxuduqdan sonra onları ağlatmaqla alıb.

Faşizm cəbhəsində uğurlar qazanan İosif Stalinin sevgi cəbhəsində işləri elə də hamar getməyib. Onun məşuqəsi olmayıb, həyat yoldaşı isə özünü güllələyib. Deyilənlərə görə o gizli homoseksualizmdən əziyyət çəkirmiş.

Vladimir Mayakovskinin də sevgidə bəxti gətirməyib.  Onun ilk məhəbbəti Liliya Brikdir. Bir müddət sonra qadının şairi artıq sevmədiyi məlum olub. Daha sonra Mayakovskinin həyatına Veronika Polonskaya daxil olub.  O da əvvəl şairi sevsə də sonra onu atıb. Sonra Mayakovski Tanya Yakovlevaya aşiq olub, bir müddət  sonra bu qadın da ondan üz döndərib. Qısası, sevgidəki  uğursuzluqlara dözməyən şair özünü güllələyib.

Məşhur yazıçı Fiscerald dünya ədəbiyyatı xəzinəsinə daxil olan çoxlu məşhur əsərlər yazıb. Amma onun bir məsələdə bəxti gətirməyib. Böyük yazıçının  həyat yoldaşı spirtli içki aludəçisi və psixi xəstə olub. Bədbəxtlikdən o özü də arvadından dəlilik əxz edib və spirtli içkilər qəbul etməyə başlayıb. Yazıçının həyat yoldaşı psixiatriya xəstəxanasına yerləşdirilib. Fiscerald özü isə 44 yaşında qaraciyər sirrozundan dünyasını dəyişib.

Con Lennonu sevən yeganə insan nə qədər qəribə də olsa onun xanımı Yoko Ono yox, “Bitlz”in işlərini idarə edən Brayan Epşteyn olub. Amma Con yalnız qadınları sevdiyindən dostunun heç bir şansı yox idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir