ingilis

Övladınıza ingilis dilini evdə necə öyrədə bilərsiniz?

Baxış sayı: 1. 850
Xarici dil biliyi hər bir uşağın gələcək inkişafında önəmli rol oynayır. Bəs xarici dili uşağa hansı yaşdan öyrətmək lazımdır? Tədqiqatlar göstərir ki, uşaqlar aşağı yaşlarından nə qədər müxtəlif xarici dillərlə tanış olarlarsa, böyük yaşlarında bu dilləri daha asan və yaxşı öyrənirlər. Ona görə də, siz özünüz hər hansı bir xarici dili yaxşı bilmirsizsə, bu problem deyil. Övladınızla birlikdə bu dili öyrənməyə başlaya bilərsiniz. Bu mərhələdə ən önəmli məsələ sizin dil öyrənməyə olan münasibətinizin övladınıza olan müsbət təsiridir. Valideynlərin hər hansı məsələni öyrənməsi, uşaqlar üçün gözəl və uzunmüddətli nümunədir.

İngilis dilini evdə öyrənmək üçün ən yaxşı veb resurslardan biri Britaniya Şurası tərəfindən hazırlanmışdır. Dil öyrətməyə gəldikdə tələsməyin, səbirli olun. Uşağın birdən-birə ingilis dilində sərbəst danışacağını gözləməyin, unutmayın ki, siz bunu övladınızda uzun müddətdə öyrənmə vərdişləri formalaşdırmaq üçün edirsiniz.

İngilis dilini aşağıdakı üsullarla övladınıza öyrədə bilərsiniz:

  • Müxtəlif oyunlar oynamaqla – Yaddaş kartlarından istifadə etməklə
  • İngilis dilində hekayələr oxumaqla –
  • Mahnılara qulaq asmaq, onları birlikdə ifa etməklə yeni sözləri övladınıza öyrədə bilərsiniz.
  • Sadə qrammatik qaydaları da övladınıza öyrədə bilərsiniz.

İlk olaraq birlikdə aşağıdakıları öyrənməklə başlaya bilərsiniz:

  • ədədlər (1-10, 10-20, 20-100)
  • rənglər
  • sifət sözlər (böyük, balaca, uzun və s.)
  • bədən üzvləri
  • oyuncaq adları
  • geyim
  • heyvan adları
  • qida-ərzaq adları

Unutmayın, bu işdə əsas uğurunuz ingilis dilini öyrənmək və ya öyrətmək deyil, övladınızda öyrənməyə həvəs yaratmaq, ona öyrənməyi öyrətmək və sevdirməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir