ev

Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN

Baxış sayı: 2. 004

Sözsüz ki, hər kəsin şəxsi evə sahib olmaq şansı yoxdur. Bununla yanaşı, başqa şəhərdə müvəqqəti işləyən, təhsil alan insanlar da var. Təbii ki, bu zaman kirayə ev tutmaq lazım olur. Bəs kirayə ev tutarkən nələrə diqqət etmək lazımdır? “Gencaile.az”Aile.lent.az-a istinadən bəzi vacib məqamları diqqətinizə çatdırır.

İlk növbədə, tutacağınız evi mütləq içi boş ikən görün. İçində əşyalar olduqda qüsurları görməyə bilərsiniz. Gözəl boyanmış, bəzənmiş ev heç də qüsursuz ev demək deyil. Əksinə, ən çox da köhnə binada olan, başqa kirayəşinin yeni çıxdığı və boyanmış evlərə diqqət etmək lazımdır. Çünki bu boya qüsurları örtmək üçün edilmiş makiyaj ola bilər.

İçində sahibi və ya kirayənişin olan evə getdikdə isə icazə istəyərək mətbəx, vanna otağından tutmuş bütün otaqlara, şkafların içinə qədər baxın. Pərdələrin arxasından pəncərələri görə bilməzsiniz. Pəncərələri açıb bağlayaraq hamısının işlək vəziyyətdə olub-olmadığına nəzarət edin.

Yuxarı və aşağı mərtəbələrdə yaşayan qonşular haqqında az da olsa, məlumat əldə edin. Məsələn, uşaqlı ailələr, tələbələr,  musiqiçilər varmı? Evə baxdığınız zaman havanın soyuq olmasına rəğmən, pəncərələr açıqdırsa, evdən ətir, otaq spreyi qoxusu gəlirsə, bu vəziyyətdən şübhələnin. Ola bilsin ki, ev rütubətlidir.

İstilik sisteminin fəaliyyət göstərib-göstərməməsindən əmin olun. Çəkinməyin, tək-tək bütün radiatorı yoxlayın. Sonradan ev sahibi bu problemi qəbul etməyə bilər.

Sizin problemlər kimi gördüyünüz məqamları ev sahibi “həll edərik” deyə bilər. Bütün məqamları bağlayacağınız müqavilədə qeyd edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir