usaqlar

İshal olan uşaqlar üçün evdə nələr edilə bilər?

Baxış sayı: 1. 649
Uşaqlarda ishal necə müalicə edilir? İshala qarşı evdə nələr edilə bilər?
 “Gencaile.az” bu mövzuda əhəmiyyətli məlumatlar verir.
Uşaqlarda və körpələrdə ishal, “sulu nəcis” kimi olur.   Körpə və uşaq ölümlərinin çoxu ishal səbəbindən baş verir.   Ümumiyyətlə, dünyada  ishala bağlı körpə və uşaq ölümü olduqca yüksəkdir.
Uşaqlarda ishalın səbəbləri
Antibiotiklər
Rotavirüs
Həddindən çox meyvə və ya meyvə şirəsi qəbul etmək
Əlavə qidalara erkən və gec başlanması (səhv qida seçkisi)
Qida zəhərlənməsi
Qida həssaslığı (qida intoleransı)
Xəstəlik
İnfeksiya
Sulu nəcis və qusma ishalın əlamətləridir. Gündə 3 dəfədən çox sulu nəcis olur və bu vəziyyət birdənbirə inkişaf edir. 0-5 yaş arasındakı uşaqlarda ishala daha çox  rast gəlinir. Bədəndən çox maye atılmasıyla birlikdə, bədəndə maye və mineral maddələr itkisi baş verir.
Uşaqlarda ishalın müalicəsi
Müalicənin ilk və ən əhəmiyyətli mərhələsi ağızdan maye bədənin suzuzlaşmasının qarşısını almaq üçün  ORS/ AST (oral rehidratasiya  mayesi)  verilməsidir. Belə ki,  maye və elektrolit itkisi sürətli bir şəkildə bərpa olunur. İki yaşından kiçik uşaqlara hər bayıra getdiyində  sonra 1 çay stəkanı 100-150ml, iki yaşından böyük uşaqlara isə   bir su stəkanı 200-300ml ORS  /AST (ağızdan maye müalicəsi) içirilməlidir.
Evdə ORS/AST qarışığı necə hazırlanır?
1 litr qaynadılmış ılıq su
1 çay qaşığı yeməli karbonat
1 çay qaşığı duz
8 c.q. şəkər
Uşağın normalda qəbul etdiyi bəzi yemək və içkilər ishalı daha da pis hala gətirə bilər. Qidalanmasında  ishala səbəb ola biləcək qidalar müəyyən edilərək  qida rasionundan çıxarılmalıdır.
Maye və qida qəbulu  artırılmalıdır. Qaynamış və soyudulmuş su seçilməlidir.  Hər zamanki kimi körpə və ya uşaq qidalanması  eynilə davam etməlidir. Körpənin qəbul  etdiyi qida miqdarı artırılaraq ishal yoluyla itirdiyi qida elementlərini  əvəzləməlidir.
Xüsusilə düyü, kartof, banan və duzlu ayran  ishal müalicəsində ən təsirli qidalardır. Şəkər və şəkərli qidalardan, meyvə şirəsindən bir müddət uzaq dayanılmalıdır.
Bir çox uşaqda yüngül və keçici laktoz intoleransı inkişaf edə bilər. Davamlı olaraq süd məhsulları ilə bəslənmək ishalın uzun müddət davam etməsinə səbəb ola bilər. Qatıq, bu dövrdə süd yerinə istifadə edilə biləcək sağlam bir alternativdir, bağırsaq florasının təşkil edilməsini təmin edər. Probiyotik qatıqlar seçim edilə bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir