bel agrisi

Beli ağrayanlar üçün amerikalı alimdən tövsiyələr

Baxış sayı: 1. 358

Düzgün oturmamaq, çox uzanmaq və ya ağır əşyalar qaldırmaq bel ağrılarına gətirib çıxarır. Nyu-York Universitetinin Tibb fakültəsinin mütəxəssisi Norman Markus bu problemdən xilas olmağın yollarını belə izah edir:

1) İlk əvvəl yatdığınız yerə fikir veməlisiniz. Həkimlər yataqda ani hərəkət etməmənizi və ya sıradan çıxmış yataqlarda yatmamağınızı tövsiyə edirlər.

2) Müvəqqəti olaraq boynunuzda ağrıların yaranmasına səbəb olsa da uzanaraq televizora baxmaq və kitab oxumaq bel ağrılarından xilas olmağın ən təsirli yoludur.

3) Uzun müddət bir yerdə oturmaq bədəninizdə əzələ və onurğa ağrısına səbəb olur. Bunun qarşısını almaq üçün tez-tez yerinizdən qalxaraq bəsit hərəkətlər edin.

4) Oturarkən ayaqlarınızı uzadın. Uzun müddət oturduğunuz zaman ayaqlarınızı uzatmağınız məsləhət görülür. Bu kürəyinizin və bud əzələlərinizin hərəkət etməsinə kömək edəcək.

5) Gündəlik olaraq davamlı istifadə etdiyiniz ev əşyalarını orta rəflərə yerləşdirin. Belə olduğu təqdirdə aşağı əyilməyə və ya yuxarıya uzanmağa ehtiyac qalmayacaqdır.

6) Pul kisənizi arxa cibinizə qoymayın. Bu, beldə xroniki ağrılara gətirib çıxara bilər.

7) Ağır əşyalar qaldırmayın.

8) Ağır əşyalar qaldırmağa məcbur olsanız, dizlərinizi də əyin. Ağır əşyaları qaldırdığınız zaman əşyanı özünüzə daha çox yaxınlaşdırın. Bu, ayaq əzələlərinizin daha çox təzyiqə məruz qalmasını təmin edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir