lenin

“Dahi rəhbərin” gizli sevgisi: Lenin haqqında bilmədiklərimiz

Baxış sayı: 1. 651

Lenin öz dövrünün ən nüfuzlu insanlarından biri olub. İnsanlar Leninə görə ölümə getməyə, hakimiyyəti devirməyə və hətta onu görmək üçün bir-birilərini tapdalamağa da hazır idi. Əgər Lenini yaxından tanısaydılar, güman ki, ümidləri puça çıxardı…

Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İliç Lenin 1870-ci ilin aprelin 22-də dünyaya gəlib.

“Gencaile.az” Publika.az-a istinadən “Leninin şəxsi həyat, sevdiyi qadın haqqında faktları təqdim edir.

Əslində Vladimir İliç deyildiyi qədər sadə adam olmayıb. O, kobud və qəddar olub. Bütün silahdaşlarına nifrət edər və yüksək vəzifəyə qoyduğu insanları sonradan daha aşağı vəzifələrə təyin edərdi. Təbiətən Lenin müəyyən məqsədə doğru gedən və dəmir iradəli insan olub. Lakin əsəb sistemi hər zaman Lenini yoldan çıxarardı. Əsəb gərginliyindən bədəni səpərdi. İnqilabın başçısı tez-tez yorular və təbiətdə dincəlməyə ehtiyac duyardu. Lenin tez özündən çıxan, hirsli, qəzəbli olub. Elə ona görə də, yuxusuzluqdan, baş ağrısından əziyyət çəkər, gec yatıb, səhərlər pis oyanardı. Yuxudan ayılan kimi evin təmiz olmasını tələb edər, ayaqqabılarını parlayana qədər təmizlətdirər, ləkə və çirkə nifrət edərdi. Lenin şəxsi həyatda xan, siyasətdə isə ədəbsiz idi.

Vətəndaş müharibəsinin qızğın çağında dövlət işi və inqilabın taleyi ilə ciddi-cəhdlə məşğul olan Lenin sevimli qadınına məktub yazırdı. Sual verə bilərsiniz: “Nə olsun ki?” Bir istisna olmasaydı, burada elə də qorxulu bir şey yoxdur. Həmin istisna ondan ibarətdir ki, Lenin məktubu arvadına yox, sevgilisi İnessa Armanda yazırdı. Sovetlər İttifaqında uzun müddət bir fakta göz yumdular və danışmağa cürət etmədilər: Lenin və arvadı Nadejda Krupskayanın uşaqlarının olmaması proletariat başçısının şəxsi həyatını tabuya çevrmişdi.

Bununla belə, sanki səmada şimşək çaxdı: Leninin sevgilisi var. Lenin göydən göndərilmiş mələk kimi idi. Mələklərin isə sevgilisi olmur.

Vladimir İliçin seçdiyi qadın İnessa Armand idi. Lenin və Armandın 1910-cu ildə tanış oldub. Parisə gənc inqilabçı İnessa Armand təşrif buyurmuşdu. O, eleqant, həyatsevər və qeyri-adi idi. Onun üzərində inqilab və həyat eşqi uzlaşırdı. Lenini də cəlb edən elə bu amillər idi. Maraqlısı odur ki, yaraşıqlı qadınlar Lenini cəlb etməzdi. Onun heç yoldaşları da yox idi. Lakin Armandı görər-görməz hər şey büsbütün dəyişdi. Şahidlər bu haqda belə deyirdi: “Bir sözlə, Lenin qıyıq gözlərini balaca fransız qızından çəkməzdi”.

Armand, jurnalistlərin dili ilə desək, “rəhbərin muzası” idi. Lenin öz ehtirasını Armanda ingilis dilində belə ifadə edib: “Oh, I would like to kiss you thousand times…” (“Səni min dəfə öpərdim…”)

“Ayrıldıq, ayrıldıq biz, əzizim! Bu elə kədərlidir… Bilirəm ki, bir daha buralara gəlməyəcəksən! Həyatda necə önəmli yer tutduğunu mən indi dərk etdim”. Bu, İnessa Armandın Leninə yazdığı və bu günədək qorunub saxlanmış məktubundan bir hissədir. Qalan məktubları isə İnessa sevgilisinin istəyi ilə məhv edib. Çünki Lenin artıq partiya lideri idi və vəzifəsi haqqında düşünürdü. Qız isə hələ də onu düşünürdü və sevməyə davam edirdi…

Leninin görmə qabiliyyəti zəif olub. Şairlər Leninin məşhur qıyıq gözlərini mədh edərdi. Onun sol gözü pis gördüyündən nəyəsə diqqətlə baxmaq üçün var-gəl edirdi. Sol gözü ilə oxuyar (uzağı görmürdü), sağ gözü iləsə uzaq məsafəyə baxırdı (yaxını görmürdü). Lakin İnessa Armandı dərhal sezdi. Gözəl və temperamentli inqilabçı və əlbir iş…

Ehtiraslı və təcrübəli Armand Lenin üçün yeni həzz dünyası açdı. Bu, Leninə inqilabla məşğul olmaq qədər həzz verirdi. Buna baxmayaraq, Lenin İnessa Armandla münasibətlərin ən qızğın çağında belə arvadını tərk etmədi. Çünki Lenin sevgini ötəri hesab edirdi. Uzaqgörən siyasətçi Krupskaya ilə dostluq münasibətlərinə nöqtə qoymağa çalışmırdı.

Krupskaya həyatını Leninə sərf etmişdi. Onları ümumi ideya, qarşılıqlı hörmət birləşdirirdi. Vladimir İliç arvadını qiymətləndirirdi, onun iztirablarını anlayırdı. Nadejdanın sadiqliyi və etibarlılığı onun üçün əhəmiyyətli idi. Çünki təhsilli qadın olan Nadejda heç vaxt şikayət etmədən Leninə hər şeydə yardım edirdi.

İnessa ilə sevgi romanı nə az, nə çox – 5 il davam etdi. Lenin işi İnessadan üstün tutaraq bu münasibətlərə son qoymaq qərarına gəldi. Bununla belə, o dövrün şirinliyi hələ də Leninin xatirəsində qalmışdı. Ümumiyyətlə, onun pərəstişkarları çox idi, səcdə edən inşalar ona hər şeyi bağışlayırdı. Amma onun məxfi, intim və ürək dostu yox idi. Daha doğrusu, İnessa Armanddan başqası olmadı. Armand vəba xəstəliyindən vəfat edəndə Vladimir İliç tabutun arxasınca bütün şəhəri fırlandı. Görəsən, Lenin həmin saatlarda nə düşünürdü? İnessa Armandın sevgisindən əbəs yerə imtina etdiyinimi, onu incitdiyinimi düşünürdü? Bəlkə, öz tənhalığını hiss edirdi? Və ya tezliklə əlil arabasında gəzəcəyini?

Kim bilir, əgər Leninin sevimli arvadı, bütöv ailəsi, uşaqları olsaydı, bəlkə də, inqilab, Vətəndaş müharibəsi, sovet dövləti qana susamazdı. Xoşbəxt ailəsi olsaydı və vaxtını arvad-uşaqlarına ayırsaydı heç bəlkə də, inqilab baş verməzdi…

1922-ci ilin mayın 25-də Lenin iflic oldu: iflic sağ əl, sağ ayaq və nitqinə təsir etmişdi. Stalin yaxın insanlarının əhatəsində onun vəziyyətini soyuqqanlıqla şərh etmişdi: “Lenin kaput!”

İnqilab başçısının orqanizmi vaxtından əvvəl köhnəlirdi. Fiziki və əsəb-emosional sistemi həddindən artıq yüklənməyə dözmürdü. Həyatının ilk 46 ilində (daha doğrusu, 1917-ci ildə mühacirətdən Rusiyaya qayıtdıqda) Lenin ədəbiyyatla məşğul olaraq sakit həyat tərzi keçirirdi. O, ölkə idarəçiliyini ələ almaq, xaos girdabına baş vurmaq və müharibə aparmaq iqtidarında deyildi.

İlk iflicdən sonra Lenin tam iş rejiminə qayıtmadı. Onun yaratdığı hakimiyyət pilləsində isə qeyri-stabillik baş verirdi. Bolşevik hakimiyyətində vəzifə uğrunda mübarizə gedirdi.

Həkimlərin qadağasına baxmayaraq, çarpayıya məhkum edilmiş Lenin işə qayıdaraq ölkənin siyasi həyatında iştirak və təsir etmək istəyirdi. Lakin tezliklə Lenin onun fikirlərinin artıq heç kimin marağında olmadığını hiss etdi. O, demək olar, ikinci dərəcəli insana çevrildi. Bütün partiya baş katib Stalinin əlinə keçmişdi.

Bəlkə də, o, ağır xəstə olan vaxtlarda Stalin və onun aparatının Leninə qarşı çevrilməsəydi, hər şeyə dözərdi. Vladimir İliç həyatını itirməmişdən qabaq hələ ölkə və partiya üzərində hakimiyyətini itirdi…

Vladimir İliç hakimiyyət pərəstişkarı idi. Hakimiyyətə görə Rusiyanın yarısını da verməyə hazır idi. O, kommunizm, xoşbəxt cəmiyyətin quruculuq ideyalarını inkişaf etdirdi. Xoşbəxt olmaq istəyirsiniz? Demək, qurban vermək lazımdır. Hər halda, Lenin XIX əsrin insanı olaraq qaldı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir