qadin

Stressiz yaşam üçün 10 təklif

Baxış sayı: 1. 635

Günlük həyatımızın boğucu stressindən uzaq qalmaq mümkünsüzdür. Biz sizin üçün hazırladığımız təkliflərlə stressi azaltmaq öz əlinizdə olacaq artıq!

Kompyuterin qarşısında işləyərkən hər 40-50 dəqiqədən bir qalxın, təmiz hava alın və ya  qısa bir yürüyüş edin, bol-bol təmiz hava qəbul edin.

Üzünüzü gül suyu ilə yumaq sakitləşdirici və dinləndirici təsir yaradır.

Tez əsəbləşən birisinizsə evinizdə və iş yerinizdə səndəl ağacı qoxusundan istifadə edin.

Yağlı və çox ədviyyatlı yeməklərdən qaçın. Yediklərimiz ruhsal durumumuz üzərində önəmli bir təsirə malikdir.

Güldana təzə çiçəklər qoyub özünüzə yaxın bir yerdə yerləşdirin. Əsəbləşdiyiniz zaman bir müddət onu izləyin.

Suyun hər zaman sakitləşdirici təsiri var. Duzlu suyla dolu vanna qəbul etmək sizi çox yaxşı hiss elətdirəcək.

Uzun müddət oturduğunuz otaqlarda yaşıl və mavi kimi açıq rənglərdə olan divar kağızından istifadə edin.

Hər gün özünüz üçün vacib işlər listi hazırlayın. Bu sizin içinizdə olan stressi azaldar.

Stressdə olduğunuz zaman müxtəlif yumor jurnallarını və ya videolarını izləyə bilərsinizş

Əsəbi olduğunuz zaman sevdiyiniz hər hansı bir işlə və ya hobbinizlə məşğul ola bilərsiniz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir