qadin

Son zamanların 5 trend saç rəngi

Baxış sayı: 1. 908

Geyim, makiyaj, aksesuar trendlərini izləməklə yanaşı, saçlarımızı bu mövsüm hansı rənglərə boyamalı olduğumuzu da yaxşı bilməliyik. Çünki bizə yaraşmayan və trend olmayan boya bizi həm zövqsüz, həm də yaraşıqsız göstərər. Odur ki, sizin üçün son zamanlar dəbdə olan boyaları araşdırdıq və 5 trend saç rəngini təqdim edirik.

“Cool” boz

Saçlarınızın tünd hissələrinə bir az gümüşü parıltılar əlavə edin. Əvvəllər Rihanna-nın da sınaqdan keçirtdiyi bu saç rəngi sizin də saçlarınıza şıqlıq  qatacaq. Saçlarınızı gümüşü boza boyamısınızsa və bu rəngin saçlarınızda uzun müddət qalmasını istəyirsinizə, onlar üçün həftədəbir dəfə bənövşəyi rəngli şampun və maskalardan istifadə edə bilərsiniz.

Gül parıltısı

Saçlarınızın üst hissələrinə çəhrayı bej rəngində parıltılar atdıra bilərsiniz. Saçlarınızı yuduqca bu parıltılar yuyularaq gül rəngində bir görüntü alacaq.

Bənövşəyi təsiri

Saçınızı bənövşəyiyə boyamadan əvvəl onun hansı çalarlarının dəri rənginizə uyğun olduğunu müəyyən edin. Açıq dərili xanımlar tünd, tünd rəngli xanımlar orta, daha tünd dəri rənginə sahib olan xanımlar isə pastel çalarlarında bənövşəyini seçməlidirlər.

Balqabaq qızılı

Balqabaq rəngi hər mövsüm mükəmməl bir görüntü yaradan rənglərdəndir. Saç ustanızla məsləhətləşib hətta saçlarınızın arasına parıltı da qata bilərsiniz.

Rəngarəng

Sevdiyiniz bütün rəngləri saçlarınızda birləşdirə bilərsiniz. Bir-birinə yaxın rəngləri saçlarınızda istifadə etməyiniz tərzinizə mükəmməllik qatacaq. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir