hebsxana

Dünyanın ən qəddar həbsxanaları haqqında bilmədikləriniz – FOTOLAR

Baxış sayı: 1. 823

Bizim yaşadığımız dünya kifayət qədər təhlükəlidir. Ətrafımızda cox sayda pis əməllərin sahibi olan insanlar yaşayır. Onlar cəmiyyət üçün ciddi təhdiddir.

Həbsxana – bu müəssisə insanların törətdiyi əməllərə görə, cəza çəkdikləri yerdir. Lakin onların bəziləri çox amansız vəziyyətdə saxlanılır. Bu cür həbsxanalarda cinayətkarlara təcavüz edilir və bu müəssisələr xəstəliklərlə doludur.

Dünyanın 10 ən qəddar həbsxanasını təqdim edirik.

1. Bankvanq həbsxanası – Banqkokdan 11 km aralıda yerləşir. Bu həbsxanada məhbuslar işgəncələrə məruz qalırlar. Məhkumlar çox sıx kameralarda saxlanılır. Yeni məhbuslar ilk 3 ay ərzində ayaqlarına qandal bağlanaraq yaşayırlar.

2. Rikers həbsxanası – Nyu-yorkda yerləşən bu həbsxana məhkumlar arasında ən şiddətli münasibətlər ilə tanınır. Hər il dövlətin büdcəsindən bu həbsxanaya 800 milyon dollar ayrılır. Həbsxana nəzarətçiləri hər gün məhbusların bir-birinin döydüyünü və öldürdüyünün şahidi olurlar.

3. San-Kventin həbsxanası – bu həbsxana 1852-ci ildə yaradılıb və Koliforniyanın ən qədim həbsxanası hesab olunur. O, qaz kamerası ilə təchiz edilmişdir, halbuki onun istifadə etmirlər. Ölüm hökmü verilən məhbuslar zəhərli iyeksiya ilə öldürülür. 2006-cı ildə bu həbsxanada baş verən insident 100 məhbusun ağır xəsarət almasına və iki nəfərin ölümünə səbəb olmuşdur. Hadisəyə səbəb isə məhbusların saxlanma şəraiti həyat üçün təhlükəli olması olub.

4. Alkatras həbsxanası – San-Fransisko sahillərinin adalarında yerləşir. Bu həbsxanada kriminal tarixdə ən təhlükəli cinayətkarlar məhbus həyatı yaşayıb. Həbsxanada saxlama şəraiti öz qəddarlığı ilə məşhur idi. 1963-cü ildə həbsxanaya büdcə ayrılmadığı və saxlanma şəraitinin pis olduğu üçün bağlanıb.

5 Sabanet həbsxanası – Venesuelada yerləşən bu həbsxana dünyanın ən qəddar həbsxanası hesab olunur. Cəzaçəkmə müəssisəsinin binasında eyni anda 15 min məhbus cəza çəkə bilər. 1994-cü ildə həbsxana heyəti tərəfindən qəddarlığın təzahürü nəticəsində 196 məhbus həlak olmuş, 624 nəfər isə yaralanmışdı.

6 Qitarama həbsxanası – Ruandada yerləşən bu həbsxana yer üzünün “cəhənnəmi” adlanır. Həbsxanada 500 məhbus saxlanacağı halda burada 6000 insan cəza çəkir. Kamerada yer dar olduğundan bəzi məhbuslar ayaq üsdə gecəməli olurlar. Həyat şəraitinin gərgin olduğu bu həbsxanada məhbuslar yoluxucu xəstəliklərə tutulurlar.

7. Sante həbsxanası – bu həbsxana Parisdə yerləşir. Yüzlərlə məhbusun saxlanma şəraiti ağır olduğundan bu yer dünyanın ən dəhşətli yeri kimi tanınır. Məhbuslar gündə 4 saat ərzində kameralarını tərk etməyə icazə verilir. Bu həbsxana dünyada ən böyük həbsxanalarından biri sayılır.

8. Diyarbəkr həbsxanası – Türkiyənin Diyarbəkr bölgəsində yerləşən bu həbsxana qeyri-insani yaşayış şəraiti və uşaqlara verilən ömürlük həbs cəzası ilə məşhurdur.1996-cı ildə baş verən hadisə zamanı polis və nəzarətçiləri məhbusları vəhşicəsinə döyüblər. Hadisə nəticəsində 10 nəfər həlak olub, 23 nəfər isə xəsarət alıb.

9. Karandiru həbsxanası – Braziliyada yerləşən bu həbsxana dünyanın ən qəddar yeri hesab olunur. 1992-ci ildə baş vermiş hadisə zamanı 102 məhbusun qətl olunmasından sonra həbsxana bağladılıb. Hər beş məhbus HİV xəstəsidirdir. (islaminsesi.org)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir